EURO 1,897 TRY 0,2815
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:22.03.2019 10:24:14

"Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib"

İslamazeri.com xəbər verir ki, bu haqda Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəsmi məlumat yayıb.

Məlumatda deyilir: "Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Həbsxanaya və 15 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, martın 20-də Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 234.1; 67.1-ci maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar Xidmətin Həbsxanasında cəza çəkən məhkum Səlimov Kamran Kamil oğlunun yanına qısamüddətli görüşə gəlmiş bibisi Bakı şəhər sakini Kərimova Nahidə Yunus qızı tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman ona məxsus əl çantasının içində 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Martın 21-də isə Cinayət Məcəlləsinin 120.2.1; 120.2.3; 120.2.4; 120.2.7; 120.2.12; 29, 120.2.1; 29, 120.2.3; 29, 120.2.4; 29, 120.2.7; 29, 120.2.12; 28, 214.2.1; 28, 214.2.3; 214.2; 220.2; 228.3; 228.4; 233; 278; 279; 281.2; 283.2.3; 315.2; 66.3; 317.2.1; 67.1-ci maddələrinə əsasən 18 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar Xidmətin Həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

 Bundan başqa, martın 21-də Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Axundov Fərman Ağadadaş oğlunun qısamüddətli görüşə gəlmiş Bakı şəhər sakini Axundov Cavanşir Ağadadaş oğlunun üzərinə baxış keçirilərkən metadon həbləri aşkar edilib. Hər üç faktla bağlı araşdırma aparılır." MƏNBƏ
 
Bağırzadənin yaxınları isə Meydan TV-yə bildirib ki, L.İsmayılzadə hazırda da övladları ilə birlikdə həyat yoldaşı ilə görüşdədir. Yaxınlarının sözlərinə görə, Penitensiar Xidmətin açıqlamasında yanlışlıq var, onlar martın 21-də qısamüddətli yox, uzunmüddətli görüşə gediblər. Uzunmüddətli görüş isə üç gün davam edə bilər.
 Ailə üzvləri bildirib ki, martın 21-də evlərinə zəng edib, telefon məsələsini xəbər veriblər: "Yaxşı ki, özləri də düzünü yazıblar, telefon oyuncaqların arasında olub. Babasının köhnə telefonudur, Abbas (T.Bağırzadənin kiçik oğlu) ondan oyuncaq kimi istifadə edir. Görünür, atıb oyuncaqlarının arasına. Zəng eləyib bizə telefon məsələsini xəbər verəndə özlərinə də dedik. Həmişə üçgünlük görüşə gedəndə Abbasın oyuncaqlarını, pal-paltarlarını da aparırlar. Özləri də təsdiqləyə bilərlər. Ola bilsin, diqqətsizlikdən oyuncaqların arasında qalıb. Yoxsa Leyla həyat yoldaşına təzyiqləri, necə nəzarətdə olduqlarını bilə-bilə bunu edərmi?”, - deyə T.Bağırzadənin yaxınları bildirib.

Penitensiar Xidmət: Tale Bağırovun yoldaşı həbsxanaya telefon keçirmək istəyib - YENİLƏNDİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropalı deputatdan hicaba dəstək: Qadağanı pislədi
    Avstriyalı deputat hicab qadağasını pisləyib.
     21.05.2019
    Əhsən Nuruzadə cərimə təcridxanasına salınıb
    "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə 6 saylı Cəzaşəkmə Müəsisəsində cərimə kamerasına salınıb
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ