1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.04.2017 11:41:06

Bakıda daha bir neçə yolda hərəkət məhdudlaşdırılır.

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Xəzər rayonu, Qala-Şüvalan yolunda (“Azal Arena”nın yolu) müvafiq işlər aparılır.

Qurumdan verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Analoji işlər bu axşam saat 22:00-dan etibarən Moskva prospekti, Biləcəri dairəsində, həmçinin Nəsimi rayonu, A.Bakıxanov və Ceyhun Hacıbəyli küçələrində (A.Bakıxanov küçəsindən Hənifə Ələsgərova küçəsinədək) də aparılacaq. Burada işlər səhər saatlarınadək yekunlaşdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.


Paytaxtın bir neçə ərazisində hərəkət məhdudlaşdırılır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ