EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:26.04.2017 16:17:25

Bu gün səhər saatlarından paytaxtın bəzi ərazilərində təbii qazın verilişində məhdudiyyətlər yaranıb.

Daha çox Suraxanı rayonu, Yasamal rayonu İnşaatçılar prospekti, Nəsimi rayonunda isə Səməd Vurğun, Cavadxan, Alı Mustafayev küçələrinin sakinləri bundan şikayətlənib.

İstiPress məhdudiyyətlərin səbəblərini öyrənmək üçün “Azəriqaz” İB-nə müraciət edib.

Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev açıqlamasında bildirdi ki, Yasamal rayonundakı məhdudiyyətlər həyata keçirilən təmir-bərpa işləri ilə bağlıdır. Nəsimi rayonunda isə məhdudiyyətə qaz sızması səbəb olub. Belə ki, bu gün səhər Alı Mustafayev, 62 ünvanında yeraltı qaz xəttində sızma qeydə alınıb. Buna görə ərazidə qazın verilişi dayandırılıb və təmir işləri həyata keçirilir.

O ki qaldı, Suraxanı rayonuna, İbrahim Kərbalayev bildirdi ki, orada qazın verilişində hər hansı məhdudiyyət yoxdur. Hansısa mənzilə qaz gəlmirsə, bu, lokal xarakter daşıyır. Odur ki, həmin vətəndaşlar problemlə bağlı “Azəriqaz” İB-nin 104 və 185 saylı qaynar xətlərinə zəng vuraraq məlumat versinlər. Dərhal qəza xidmətinin əməkdaşları ünvana yollanaraq problemi aradan qaldıracaqlar.


Paytaxtın bəzi yerlərində qazın olmamasının səbəbi açıqlandı - RƏSMİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ