EURO 1,9343 NEFT 71,97
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:24.01.2018 10:22:35

Bakı Nəqliyyat Agentliyi Təhsil Nazirliyi ilə birgə 189 və 190 nömrəli orta məktəblərin ətrafında nəqliyyat şəraitinin öyrənilməsi, yol infrastrukturunun yaxşılaşdırılması və ən əsası piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə araşdırma aparıb.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev SalamNews-a bildirib ki, əldə edilən nəticələr əsasında pilot təklif layihəsi hazırlayıb. Qeyd edilən ərazidə bir sıra nəqliyyat problemləri aşkar edilib ki, bu cür hallar piyadaların iştirakı ilə hər hansı yol nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər.

Aşkar edilən çatışmazlıqlar

1. Səkilərdə və yolun ikinci hərəkət zolağında qanunsuz parklanmalar;

2. Xəbərdarlıq nişanlarının zəruri sayda olmaması;

3. Məlumatverici nişanlar və məktəb ilə əlaqədar yol nişanlanmalarında çatışmazlıqlar var;

4. Fiziki imkanları məhdud olan insanlar üçün əlverişli şəraitin qənaətbəxş olmaması;

5. Qeyri-rasional yol istiqamətləri sürücüləri çaşdırır və çoxsaylı qayda pozuntusuna şərait yaradır;

6. Uşaqların şəxsi nəqliyyat vasitələrinə mindirilməsi və düşürülməsi üçün xüsusi ərazilər ayrılmayıb;

7. Ətraf küçələrdə sürət həddinin nisbətən yüksək olması.

Layihədə öz əksini tapan tədbirlərin həyata keçirilməsi qeyd edilən ərazidə yol hərəkəti şəraitinin yaxşılaşdırılmasına, piyadaların, xüsusilə də uşaqların təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərəcəkdir.

Qeyd edək ki, 189 və190 nömrəli orta məktəblərin ətrafında piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol infrastrukturunda və yol hərəkətinin təşkilinə dair pilot təkliflər layihəsi Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi komissiyasında baxılaraq təsdiq edilib. Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyin koordinasiyası ilə nəzərdə tutulan dəyişikliklərin edilməsinə başlanılacaq.


Paytaxtda bir sıra nəqliyyat problemləri aşkar edilib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycana gələn ərəblərin sayı 100 dəfə artıb
    Statistik məlumatlara əsasən, son beş ildə təkcə üç ərəb ölkəsindən Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 100 dəfədən çox artıb.
     18.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ