1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:01.06.2020 12:28:56

Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən əbər verir ki, bunu erməni Baş nazir öz "Facebook" səhifəsində canlı yayımda bildirib.

"Ötən gün məlum olub ki, mənim koronavirus infeksiyası ilə bağlı verdiyim test müsbətdir. Məndə heç bir simptom yox idi. Lakin mən səfərə getməli olduğumdan test verməli oldum. Ailə üzvlərimin hamısında testin nəticələri müsbətdir. Aydındır ki, ailəmin bütün üzvləri məndən yoluxub. İqamətgahdan işləyəcəyəm. İşləməyim üçün bütün şərait, rabitə vasitələri var. Nə qədər bacarsam o qədər də işləyəcəyəm", - deyə Paşinyan vurğulayıb.

O, həmçinin baş verənlərə görə təəssüflədiyin də bildirib.

Qeyd edək ki, ötən gün Ermənistanda koronavirusa yoluxanların sayı 8927-yə çatıb.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 355 nəfər artıb.

Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 130-a çatıb. Xəstəlikdən sağalanların sayı 3386 olub. Hazırda bu ölkədə olan 5715 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,1 milyonu keçib, 372 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Paşinyan: Ailəmin bütün üzvləri məndən koronavirusa yoluxub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran ABŞ casusunu edam etdi
    Edam edilən şəxs İran MN-in aerokosmik sektorunun keçmiş əməkdaşı olub.
     14.07.2020
    Düşmənin kapitan və mayoru məhv edildi - İtkilərini gizlədə bilmir...
    İşğalçı Ermənistan rejiminin mayor və kapitanı öldürülüb.
     14.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ