EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:09.05.2019 10:26:18

Hadisə nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqların birində qəza baş verib. Daha sonra yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, hadisə nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb. Yaralananlardan 13 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına, bir nəfər isə özəl klinikalardan birinə aparılıb. 3 nəfərin vəziyyətinin daha ağır olduğu bildirilir. Onlardan iki nəfəri Azərbaycan, biri isə Malayziya vətəndaşıdır.

Digər yaralılar arasında Xorvatiya, Rumıniya və digər xarici ölkə vətəndaşları da var. Yaralılar Ələt qəsəbəsindəki dəniz limanı vasitəsilə sahilə, oradan isə Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

“İsrafil Hüseynov” borudüzən gəmisi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə sözügedən şirkətin nümayəndələri çalışırlar. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

 


Partlayış baş vermiş Azərbaycan gəmisində yaralılar haqda son xəbər - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Quran insanla danışır, Füzeyllə danışdığı kimi
    İslamazeri.com-un "Din" rubrikasından...
     26.05.2020
    Azərbaycanda koronavirusa yoluxanların 64 faizdən çoxu sağalıb
    Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     26.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ