1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:06.04.2020 12:35:11

Parazit əleyhinə preparatın koronovirusa qarşı effektivliyi sübut olunub

İslamazeri.com AMEA-ya istinadən xəbər verir ki, Avstraliyalı alimlərin “Antiviral Research” jurnalında dərc etdirdikləri tədqiqat işində ekspertlər “İvermektin” preparatının hüceyrələrdə SARS-cov-2 virusunun artımını 48 saat ərzində dayandırdığı barədə məlumat veriblər.

“İvermektin” virusların geniş spektrinə qarşı öz effektivliyini sübut etmiş parazit əleyhinə preparatdır. Alimlər bildirib ki, sınaqlar hələlik “in vitro” (sınaq şüşəsində təcrübələrin aparılması) həyata keçirilir. Buna görə də, insanlar üzərində ilk tədqiqatlar aparılmalıdır. İşin müəlliflərinin sözlərinə görə, insanlar üçün mümkün dozanın koronavirusaya qarşı effektiv olub-olmayacağı aydınlaşdırılmalıdır.

naukatv.ru saytının məlumatına görə, “İvermektin”in köməyi ilə virusa təsir edən mexanizm hələlik məlum deyil. Lakin onun digər viruslara təsirinə əsaslanaraq alimlər güman edirlər ki, preparat patogenin hüceyrə nüvəsinə daxil olduğu virus zülallarını bloklayır.

Avstraliyalı mütəxəssislər komandası artıq 10 ildən çoxdur ki, müxtəlif viruslarla mübarizədə “İvermektin”in effektivliyini tədqiq edirlər. COVID-19 ilə mübarizədə bu preparatın tətbiqi kliniki sınaqların nəticələrindən asılı olacaq.


Parazit əleyhinə preparat koronovirusa qarşı effektivdir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəladan canlı yayım - Azərbaycan və xalqı dua edilir
    İlahiyyatçı laim Onurşah Rahmani Kərbəladan canlı yayım başladıb
     23.05.2020
    Ayətullah Sistaninin Nəcəf Ofisindən bayram açıqlaması...
    Bu haqda Alulbeyt Türkiyənin təmsilçilərindən olan Höccətülislam Onurşan Rəhmani bildirib
     23.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ