1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:09.08.2017 09:33:41

Pakistanın sünni rəhbərlərindən biri ölkədə şiə-sünni probleminin olmadığını bildirib.

İslamazeri.com xəbər verir ki, Pakistanın əhli-sünnə camaatlarından birinin rəhbəri Seyid Riyad Hüseyn açıqlamalarında Ali-Səud rejimini sərt tənqid edib.

Dünyada radikallıq və təhlükənin səbabkarının Səud rejimi olduğunun deyən sünni alim bildirib: “Ölkədə fəaliyyət göstərən radikal terrorçu qruplaşmalar Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşir. Bu rejim Əbdül Vəhhab və İbni Teymiyyənin fətvalarına əməl edərək, 1400 ildən sonra islam dinini dəyişir. İslam ölkələrində ifratçılıq və terrorun yayılmasının əsas səbəbi məhz budur. İslam məhəbbət, barışıq dinidir. Əbdül Vəhhabın tərəfdarları isə özlərindən başqa hamını kafir hesab edirlər. Onlar islamı sual altına apardılar.”

Ölkədə şiə-sünni probleminin olmadığını vurğulayan Riyad Hüseyn  “Əksinə, bizim əksər düşüncələrimiz eynidir. Bəzən ixtilaflar yaransa da bunun mənbəyi  Ali-Səud tərəfdarlarıdır. Müsəlmanların Ali-Səud düşüncələrinin yanlış olduğunu və onlardan uzaqlaşmağın vacib olduğunu anlamalarının vaxtı gəlib çatıb. Səudiyyə Ərəbistanının qondarma düşüncə məktəbinin üstü açılmayınca və bu məsələ müsəlmanlar üçün aşkar olmayınca ixtilaflardan və terrorizmdən yaxa qurtarmaq olmaz.”, -deyə əlavə edib.


Pakistanın sünni alimi: Əbdül Vəhhabın tərəfdarları özlərindən başqa hər kəsi kafir sayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azyaşlı müsəlman uşağın raketi NASA-nın xoşuna gəldi - FOTO
    NASA 5 yaşlı müsəlman uşağın məktubuna cavab verib.
     21.08.2017
    Qeyri-adi hotel; Burda insan özünü... FOTO
    Taylandın paytaxtı Bankokda istifadəyə verilən yeni hotel görənləri təəccübləndirir.
     21.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ