EURO 1,9745 NEFT 74,62
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:13.06.2018 18:56:27

Pakistanda eyni ailədən olan 4 uşağa çox nadir xəstəlik üz verib.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Pakistanda eyni ailədən olan 4 uşaq çox nadir xəstəlik üzündən yavaş-yavaş daşa çevrilirlər.

Ehtimala əsasən, 19 yaşlı Həbibulla, 15 yaşlı Mehrinisə, 10 yaşlı Nəsibulla və 6 yaşlı Xeyrünisə epidermolitik ixtiozdan əziyyət çəkirlər.

Uşaqların atası Nəzirin sözlərinə görə, 3 il öncə onu kiçik qızının ayaq pəncələrində qəribə törəmə əmələ gəlib, bundan 6 ay sonra isə eyni hallar ailənin digər övladlarında da baş verməyə başladı. Buna qədər isə digər 3 uşağın sağlamlıq vəziyyətləri tam yerində idi. Zamanla uşaqların əl və ayaqları dəhşətli hal almağa başladı; uşaqlar daha nə corab, nə də ayaqqabı geyinə bilirlər.

Həkimlərin ehtimalına görə, uşaqlar epidermolotik ixtiozdan əziyyət çəkirlər. Bu xəstəlik onlarda genetikdir və doğuşdan olduğu görünür. Həkimlərin rəyinə inanmayan Nəzir və onun xanımı isə, hər ehtimala qarşı digər sağlam olan övladlarını nənələrinin yanına göndəriblər. Onlar sağlam olan uşaqlarının da bu xəstəliyə yoluxa bilməsindən qorxurlar.

Yerli polis zabiti Fida Hüseyn yoxsulluqdan əziyyət çəkən ailəyə üz verən hadisədən xəbər tutub və onlara yardım etmək qərarına gəlib. Polis Kəraçinin dəri üzrə ən yaxşı mütəxəssisi ilə uşaqların onun qəbuluna göndərilməsi haqda razılığa gəlib.

“Mən ümid edirəm ki, onlar üçün hər şey yaxşıya doğru dəyişəcək.”, - deyə polis qeyd edib.

   


Pakistanda 4 bacı-qardaş daşa çevrilirlər - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanlı səfirin oğlu həbs edildi
    Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları azərbaycanlı diplomatın oğlunu həbs ediblər.
     22.06.2018
    Pulsuz çimərlikdə yalnız su və qum pulsuzdur...
    Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, dəfələrlə çimərliklərdə dənizə girməyin pulsuz olduğu qeyd edilib.
     22.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ