1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.03.2017 14:40:30

Pakistan ordusu bu işin baş tutması üçün 175 hərbçini hərəkətə gətirib.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, bu gün Pakistanda son 19 ildə ilk dəfə olaraq əhalinin siyahıyaalınması start götürüb. Siyahıyaalınma hələ 9 il öncə baş tutmalı idi, lakin müxtəlif səbəblərə görə hər dəfəsində yubadılırdı.

Sonuncu dəfə 1998-ci ildə Pakistanda keçirilmiş əhali siyahıyaalması göstərmişdi ki, ölkə ərazisində 132 milyon insan yaşayır. Ümumdünya bankının məlumatına əsasən isə, bu rəqəm artaraq 2015-ci ildə 189 milyona çatıb.

Məlum prosesin mərhələli şəkildə baş tutacağı, onun yekun nəticələrinin hesablanmasına isə azı 2 ayın lazım olacağı qeyd edilib.

Maraqlıdır ki, müvafiq komissiyanın başçısı Asif Bacvanın sözlərinə görə, siyahıyaalma təhlükəli hesab  edilən ərazilərdə də keçiriləcək. Orada işləri hərbçilər aparacaqlar.

Ümumilikdə prosesdə 175 min hərbçi və 120 min mülki vətəndaş iştirak edəcək. Tədbir üçün dövlət büdcəsindən 133 milyon dollar pul xərclənəcək.


Pakistanda 19 il sonra bir ilk

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Maşına
    Bu maşından 1971-1977- ci illərdə 134867 ədəd istehsal edilib.
     27.07.2017
    Kamran Ağayev Avroliqa uğrunda mübarizə aparan kluba keçdi
    Mlada Boleslav şəhərinin eyni adlı təmsilçisi artıq yığma üzvünü Avropa Liqasının III təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" ilə görüşlər üçün sifariş edib.
     27.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ