EURO 1,9062 NEFT 51,58
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:18.04.2017 17:11:02

Berlin İmam Rza İslam Mərkəzi müəllimi Şeyx Səbahəddin Türkyılmaz Cümə xütbəsində ABŞ-ın Suriyaya təşkil etdiyi hücumu qiymətləndirərək; bəzi dairələrin sözügedən hücumu qəhrəmanlıq nümunəsi kimi göstərməyə çalışdıqlarına diqqət çəkib.

"ABŞ Suriyanın Şayrat hava limanına raket hücumunu İdlibdəki kimyəvi silah istifadəsinə qarşılıq etdiyini açıqlayıb. Ancaq Suriyada məğlub vəziyyətə düşən Amerika və koalisiya qüvvələri nə edəcəklərini bilmirlər. Adamlarının meydanda Müqavimət Cəbhəsindən aldıqları zərbənin acısını hansısa bir şəkildə kompensasiya etməyə çalışırlar.

Hələbin terrorçuların əlindən qurtaılması ilə əli güclənən müqavimət cəbhəsinin qarşısında məğlub olan və xarizması məhv olan Amerika müqavimət cəbhəsindən intiqam almaq və bu məğlubiyyətinin acısını çıxarmaq üçün fürsət gözləyirdi.
Bir fürsət əldə edib Suriyaya hücum edərək həm təhqir edilməsinin acısını çıxarmış olacaq, həm də Əsədin başda qalıb qalmamasını müzakirə edib Rusiya və İrana Əsədin getməsi üçün təzyiq edəcəkdi.

Hələ də İdlibdə istifadə edilən kimyəvi silahı Əsədin, yoxsa terror dəstələrinin etdiyi sübut edilmədiyi bir zamanda, qətiyyən günahkarların kim olduğunu bildikləri üçün, gərək ki, bunu fürsət bilərək Suriyaya hücum edirlər.

Beynəlxalq sionizmin nəzarətindəki media hələ dünənə qədər "dəlidir, ona güvənmək olmaz, nə etdiyini bilmir, natarazdır" dedikləri Trampı indi alqışlayır və daha artığını istəyir. Saxta islamçılar isə Böyük Şeytandan müsəlman ölkəsini daha çox bombalamasını istəyir.

Yığma terrorçular və regional himayədarları maşalıq etdikləri 6 il ərzində verilən vəzifəni bacarmadığ zaman ağaları Amerikanı Suriyaya birbaşa müdaxiləyə sövq edirlər.

Ancaq Müqavimət Cəbhəsi, Amerika və Qərbin haqlarında istədikləri kimi qərar verəcəkləri qədər gücsüz deyil və onların təxmin etdiklərindən çox daha güclüdür.

Bəzi dairələr meşədə hay-küy qoparan meymunlar kimi Amerikanın bu hücumunu böyük bir qəhrəmanlıq kimi göstərməyə çalışırlar.

Bölgəni bundan sonra daha çətin günlər gözləyir, hər gün ilahi imtahan bəzilərinin səflərini dəqiqləşdirməsinə vəsilə olur və bəzilərinin də səhnədən yox olmasına şahid oluruq.

"Onlar plan qururlar, Allah da plan qurur." Allahın izni ilə müqavimət cəbhəsi və Allah igidləri daha güclü çıxacaqlar və daha uğurlu nəticələr alacaqlar.

Rəbb bizi sirati-müstaqim və imperialistlərə qarşı müqavimət yolundan ayırmasın!"

 

"Rast Haber"
Tərcümə İslamazeri.com saytına məxsusdur...


“Özləri bacarmayanda ABŞ-ı birbaşa müdaxiləyə təhrik edirlər”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Orucluqda sağlam qidalanmanın 9 qaydası
    Dietoloqlar bildirir ki, diqqət dağınıqlığı, baş ağrısı, əsəbilik və yorğunluq kimi mənfi hallarla qarşılaşmaq riskinin çox olduğu bu ayda yalnız işləyən insanlar deyil, oruc tutan hər kəs mütləq imsaka qalxmalıdır.
     26.05.2017
    Fransanın yeni prezidenti: Fələstini qəbul etməyəcəyəm!
    Fransanın yeni prezidenti Fələstinə olan baxışını dilə gətirib.
     26.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ