1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:05.06.2018 15:27:46

Özbəkistanda yeni sistemin təqdimatı baş tutub.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Özbəkistanda yeni sistemin təqdimatı baş tutub. Sözügedən sistem vasitəsilə ölkə sakinləri kommunal xidmətlərlə yanaşı, sırf müsəlmanlar üçün nəzərdə tutulmuş ödəmələri də edə biləcəklər.

Sistem “Vakf” ictimai xeyriyyə fondu və “Click” şirkəti tərəfindən birgə hazırlanıb.

Sistemdə ödəmələr bir neçə kateqoriya üzrə qruplanıb: xeyriyyə, zəkat, fitr, uşr, fidyə.

Sistem vasitəsilə ödənilmiş vəsaitlər “Vakf” fondunun hesabına yatır ki, fond da, öz növbəsində, həmin pulları məqsədli proqramların həyata keçirilməsinə yönləndirir.

Qeyd edilir ki, ödəmə istənilən zaman mobil telefondakı “Click Uzbekistan” əlavəsi və ya “Telegram”-dakı xüsusi bot vasitəsilə edilə bilər.


Özbəkistan müsəlmanları smartfonla zəkat verə biləcəklər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 12 min ziyarətçi Ərbəin yürüşü üçün Azərbaycandan İrana daxil olub
    Böyük Ərbəin yürüşü yaxınlaşdığı bu vaxtlarda İranın Astara sərhəd qapısından İraqa getmək üçün 12 min ziyarətçinin daxil olduğu bildirilib.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ