EURO 2,078 NEFT 68,81
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:25.12.2016 15:31:35

Oxuma-yazması olmayan 67 min qadın məsicdlərdə keçirilən "Savadsızlıqla mübarizə" layihəsinin dərnəklərində Quran-Kərimin ayələrini yazaraq yazıb-oxumaq savadına malik olublar

İslamazeri.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, savadsızlıqdan əziyyət çəkən 67 min qadın məsicdlərdə keçirilən savadsızlıqla mübarizə layihəsinin dərnəklərində Quran-Kərimin ayələrini yazaraq yazıb-oxumaq savadına malik olublar.

Mərakeşin Vəfqlər Nazirliyi savadsızlıqla mübarizə yönündə məscidlərdə yazmaq və oxumaq təlimlərinin keçirilməsi layihəsi çərçivəsində savadsız qadınlara yazıb-oxumaq təlimi kursları təşkil edib.

Mərakeşli qadınların 67 min nəfəri məscidlərdə keçirilən oxuma-yazma dərnəklərində iştirak edərək yazıb-oxumağı öyrəniblər. Onlar savadsızlıqla mübarizə layihəsi çərçivəsində təşkil olunan təlim kurslarında Quran-Kərimin bütün ayələrini bir dəfə yenidən yazıblar.

Bu 67 min savadsız qadın 3 aylıq qısa təlim kurslarını başa vurduqdan sonra yazıb-oxumağı öyrənməklə yanaşı, həm də Quran-Kərimin 77 min sözdən təşkil olunmuş bütün ayələrini yenidən Osmanlı rəsmxətti ilə xəttatlıq və kitabət edib. Bu layihədə hər xanım Quran-Kərimin bir sözünü yazaraq bütün ayələri yazmış olublar.

Xəttatlıqda və rəsmxəttdə bacarığı olan qadınlar isə Quran-Kərimin üz qabığı üçün Mərakeşin milli Quran nüsxəsinin cildinin dizaynının oxşarını hazırlayıblar.

Mərakeşin Vəfqlər Nnaziri yeni hazırlanmış bu Quran nüsxəsini Padşah 6-cı Məhəmmədə təqdim edib.


Oxuma-yazma bilməyən 67 min qadın məsciddə oxuyub yazmağı öyrəndilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Karateçilərimiz Xorvatiyada 8 medal qazanıblar
    Xorvatiyada karate üzrə 27-ci Qran-Pri turniri keçirilib.
     22.01.2018
    Suriya Ordusundan
    Suriya Ordusu "Nusra Cəbhəsi"nə ağır zərbələr endirib
     22.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ