EURO 2,0849 NEFT 68,61
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:26.01.2017 17:18:28

Azərbaycan onlayn təhlükə riski ilə üzləşmiş ölkələrin Top-10 siyahısına daxil olub.

“Kaspersky Lab” şirkətinin eskpertləri ötən ilin nəticələrinə əsasən aydınlaşdırıblar ki, 2016-cı ildə azərbaycanlı istifadəçilərin 38%-i internetdə təhlükələrlə üzləşib.  İslamazeri.az-a daxil olan məlumata görə, bu göstərici ilə Azərbaycan onlayn təhlükə riski ilə üzləşmiş ölkələrin Top-10 siyahısına daxil olub. Reytinqdə ilk yerlərdə Rusiya, Qazaxıstan, İtaliya, Ukrayna və Braziliya qərarlaşıb. 

Lokal təhlükələrə gəldikdə isə il ərzində, zərərli proqram təminatı cihazlara internetdən deyil, flaş kartlar kimi daşıyıcı disklər və ya sərt disklər vasitəsilə 43% istifadəçi üzləşib ki, bu da əslində aşağı göstəricidir. Belə ki, Azərbaycan lokal təhlükələrlə üzləşmiş ölkələrin top 20-nə də daxil olmayıb.

"Ümumilikdə 2016-cı il ərzində istifadəçilər daha çox pul oğurluğu üçün nəzərdə tutulmuş zərərli proqramlarla üzləşiblər. Son 12 ayda “Kaspersky Lab” şirkətinin müdafiə həlləri 3 mln cihazda bu cür proqramların yüklənməsinin qarşısını alıb. Azərbaycanda il ərzində sadəcə 2% istifadəçi zərərli bank proqramları ilə üzləşib. Müqayisə üçün bildirək ki, Rusiya 5%-lik göstərici ilə maliyyə cinayətkarlarından əziyyət çəkən ölkələrin siyahısına liderlik edir" - deyə məlumatda qeyd olunur.

“Kaspersky Lab” şirkətinin ekspertlərinin fikrincə, bank cinayətkarları tərəfindən hücumların artma səbəbi mobil bankinq istifadəçilərinin sayının artması ilə bağlıdır ki, onlar hesabat ili ərzində kibercinayətkarların aktiv hücumları ilə üzləşiblər. Bununla yanaşı, on ən məşhur bank troyan proqramlarından beşi “Android” bazasında cihazlardan maliyyə məlumatlarını oğurlamaq üçün yaradılıb.

Qeyd olunur ki, ümumiyyətlə, 2016-cı ilin sonunda “Kaspersky Lab” şirkətinin müdafiə həlləri tərəfindən aşkarlanmış zərərli proqramların sayı 1milyarda yaxındır. Onların arasında viruslar, troyan proqramları, bəkdorlar, şifrələyicilər, reklam proqramları və digər zərərli koda malik nümunələr mövcuddur.

“Milyarda yaxın zərərli obyekt özlüyündə böyük göstəricidir. Bu rəqəm artıq “həvəskarlar” toplusundan tam bir sektora çevrilmiş, zərərli proqram istehsalını bazara çıxarmış və öz tərəfdaşlarını bütün mümkün alət və xidmətlərlə təmin edən kibercinayətkarlıq dünyasının nəhəng miqyasından xəbər verir. Lakin biz də yerimizdə dayanmırıq. Kolleksiyamızı təşkil edən milyardlarla faylın 200 milyondan çoxu avtomat təlim texnologiyası əsasında işləyən “Astraea” tərəfindən aşkarlanıb.Bu, yeni və eyni zamanda tanınmayan kiberthlükələrin mükəmməl və dəqiq tanınması yolunda atılan ilk addımdır. Biz əminik ki, informasiya təhlükəsizliyinin gələcəyi ekspertlərin dərin bilikləri və avtomatik təlimin qabaqcıl texnologiyalarının təcəssümü olacaq”, -deyə “Kaspersky Lab” şirkətinin Rusiya Araşdırma Mərkəzinin rəhbəri Yuri Namestnikov bildirib.


Ötən il Azərbaycanda hər üç internet istifadəçisindən biri kibertəhlükələrlə üzləşib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Elmar Məmmədyarov  Krakov görüşünün nəticələrini açıqladı
    Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Naziri Elmar Məmmədyarov açıqlama verib
     19.01.2018
    Ermənilər snayper tüfənglərindən mövqelərimizi atəşə tutub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
     19.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ