EURO 1,9152 NEFT 53,86
USD 1,7023 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:14.03.2017 13:08:03

Mavi Pəncərə “Titanların döyüşü” (1981) və “Monte Kristo Qrafı” (2002) kimi bir çox filmlərdə məkan olaraq istifadə edilib...

Azur pəncərəsi və ya digər adları ilə Djevr pəncərəsi və ya Mavi pəncərə adlandırılan bu kəmər Maltanın Qozo adasında yerləşir və 28 metr uzunluğunda əhəng daşından ibarətdir. Dvejr buxtasında Daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səvyyəli filmlərdə və KİV vasitələrində yer almışdır.

İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib.

Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb.

 

Tarixi


Azur pəncərəsi təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır.[1][2] Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir.[1] Bu ərazi xüsusi mühafizə sahəsinə[2][3] və 1998-ci ildə Dvejr buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib[2][4].

1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir.[3] Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur[5]. 2013-cü ilin mart ayında kəmərin başqa bir hissəsi dənizə çökür. Geoloji və geotexniki hesabat dörd ay sonra hazırlanır. Hesabatda qaya parçalarının düşməsinin davam edəcəyi və insanların kəmərə yaxınlaşmaları təhlükəli ola biləcəyi ifadə edilsə də, kəmərin “nisbətən sabit olduğu və bir neçə il bu şəkildə qalmağa davam edəcəyi” açıqlanır.[2][3]

Sonrakı illərdə, əlavə qaya parçalarının düşəcəyi və çatların olacağı bildirilir[6]. Eroziyanın davam etməsi səbəbindən insanların təpəyə qalxmalarına mane olmaq üçün xəbərdarlıq işarələri qoyulur və balıqçıların gəmiləri ilə kəmərə yaxınlaşmasına icazə verilmir. [2][7]Lakin bir çox adamlar nizamlı olaraq kəmərin üzərindən keçməyə davam edir[8] və qayalar düşməyə davam etdikdə belə kəmərin üzərindən sərbəst şəkildə dənizə tullanan insanların videoları YouTube sosial şəbəkəsinə yüklənir.[9][10]

2016-cı ilin dekabr ayında insanların kəmərə çıxmasını və keçid etməsini qadağan edən təcili əmr elan edildi və icazəsiz kəmərə çıxanlara 1500 € pul cəzası veriləcəyi açıqlandı[11]. Lakin bu qanun həyata keçirilmədi və ziyarətçilər kəmər 2017-ci ilin mart ayında kəmər çökənə qədər onun üstündə gəzməyə davam etdilər. [12]

 

Çökməsi

 

8 mart 2017-ci ildə yerli saatla 09:40-da (08: 40 UTC) şiddətli bir fırtına nəticəsində sütun da daxil olmaqla kəmərin hamısı çökür və hazırda Lazur pəncərəsindən dəniz səviyyəsində heç bir qalıq qalmayıb.[13][14][15]

Bu hadisə həm yerli, həm də beynəlxalq mediada öz əksini tapıb[16][13]. Malta Baş naziri Cozef Muskat və müxalifət lideri Simon Busuttil Lazur pəncərəsinin çökməsinə Twitter sosial şəbəkəsində reaksiyasını bildirib.[17][18] Muskat paylaşdığı tvitdə “İllərdi hazırlanan hesabatlar bu təbiət möcüzəsinin təbii erroziyaya qurban getməsinin qaçılmaz olduğuna işarə edirdi və o acı gün gəldi” ifadələrindən istifadə edib. Bundan əlavə, kənmərin çökməsi Malta mediasında internet fenomeni mövzusu olub.[19][20] Malta Ekologiya və Təbii Ehtiyyatlar Təşkilatı kəmərin çökməsini Malta mədəni irsi üçün böyük bir itki olaraq açıqlayıb.[14]

 

Geologiyası


Azur pəncərəsi təxminən 28 m (92 ft) hündürlüyündə və 25 m (82 ft) açıqlığında bir kəmər idi. Dvejr nöqtəsi olaraq tanınan bir burnun ucunda yerləşirdi. Kəmər A üzvü və B üzvü kimi tanınan iki növ aşağı Korallin əhəng daşından ibarətdir. A üzvü kəmərin sütun və bünövrəsini formalaşdırır və B üzvü kəmərin dəstəksiz qalan üst qatını təşkil edir. [3]

 

Populyar mədəniyyətdə yeri


Mavi Pəncərə “Titanların döyüşü” (1981) və “Monte Kristo Qrafı” (2002) kimi bir çox filmlərdə məkan olaraq istifadə edilib.[21]

 

İstinadlar

Şəkillər


Ötən həftə tamamilə çökən “Azur pəncərəsi”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əhmədinejad: “Amerikada səhnənin arxasında on nəfərlik şura var və böyük qərarlar verir”
    "Bu şuranın üzvləri tanınmış adamlardır və çox adam bu şuranın varlığından xəbərsizdir."
     23.05.2017
    Türkiyənin sabiq, yeganə qadın baş naziri məhkəməyə zorla gətiriləcək
    Tansu Çillər haqqında zorla gətirilmə qərarı
     23.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ