EURO 2,0067 NEFT 74,29
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:15.02.2018 09:22:03

Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib.

Bu barədə qərarı Baş nazir Artur Rasi-zadəimzalayıb.

Dəyişikliyə görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi”ni təsdiq etdikdən sonra Mərkəz tərəfindən keçirilən qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak edəcəklər.

İmtahanda topladıqları ümumi balları Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər Mərkəz tərəfindən müəyyən edilmiş cədvəl üzrə Mərkəzin təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qabiliyyət imtahanında iştirak edirlər.

Qabiliyyət imtahanının keçirilməsi şərtləri Mərkəz tərəfindən müəyyən ediləcək. Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək.

Eyni zamanda "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanununun 5.3-cü maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı Azərbaycan dili fənnindən imtahan verəcəklər. Qəbul (buraxılış) imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verəcəklər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək, “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə) buraxılacaqlar.


Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında YENİLİK

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qida Təhlükəsizliyi Agentliyinin sədri Salyan sakinləri ilə görüşüb
    Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Salyan sakinləri ilə görüşüb
     18.06.2018
    Ət kəsim məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili forması açıqlanıb
    Ət kəsim məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili forması açıqlanıb.
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ