EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:19.07.2019 14:05:27

ABŞ-da keçirilmiş Ümummilli İnşa Konkursunda qalib 11 yaşlı hicablı müsəlman şagird olub.

İslamazeri.com-un “CBS News”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-da keçirilmiş Ümummilli İnşa Konkursunda qalib 11 yaşlı hicablı müsəlman şagird olub.

Müsabiqəni ABŞ-ın Baş Beyzbol Liqası keçirib, əsas mükafat isə “Beyzbol Ali Liqası ulduzlarının yarışına” pulsuz gediş olub. Sözügedən tədbir ölkənin ən mühüm idman hadisəsi hesab edilir.

Nyu-York məktəblərindən birində təhsil alan 5-ci sinif şagirdi 11 yaşlı Əsma Kəukəb müsabiqənin 1-cisi olub. Onun inşasının mövzsusu gənc müsəlman qızın qeyri-müsəlman ölkənin məktəbində üzləşdiyi problemlər və çətinliklər, hicabına görə olan istehzalar olub.

Pakistan əsilli Əsma öz yazısı ilə münsifləri mütəəssir edə bilib. Onun işi 10 min müsabiqə iştirakçısı arasından ən yaxşısı seçilib.

Məktəb direktorunun təşəbbüsü ilə Əsma öz inşasını bütün şagirdlər qarşısında oxuyub ki, onlar müxtəlif millət və dindən olan insanlara qarşı olan rəftarları barədə düşünsünlər.


On bir yaşlı müsəman şagird ABŞ-ın “ən yaxşısı” seçildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ