1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:15.12.2017 08:49:33

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Halal idarəetmə sistemi-hotellər" adlı dövlət standartı layihəsi hazırlanır.

 “Xəzər xəbər”ə istinadən xəbər verir ki, layihədə halal xidmət təklif edən mehmanxanalara ümumi tələblər qoyulub. Bu tələblərə görə, halal xidmət göstərən mehmanxanalar müştərilərinə təqdimat zamanı verilən öhdəlikləri yerinə yetirilməlidirlər. Qonaqları aldatmağa yönələn reklam, kampaniya, qiymətlərə yol verilməməli, xidmətlərə, qonaqların dini həssaslıqlarına maksimum diqqət göstərilməlidir.

 Layihənin müəlliflərindən biri, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərovun sözlərinə görə, sanitariya-gigiyena üzrə tələblərin gözlənilməsi üçün istifadə edilən kimyəvi maddələr və materiallar halal sahədə istifadəyə uyğun olmalıdır.

 Məhrəm bölgələrdə otaqlar, duş yeri, hovuzlar, masaj salonları, soyunma otaqlarında video və səs qeydi aparılmamalı, kişi və qadınlar üçün ayrıca müəyyən edilən sahələrdə həmcins işçilər xidmət etməlidir. İşçilər müəyyənləşdirilmiş qaydada tibbi baxışlardan keçirilməli və onların fəaliyyəti sanitariya-gigiyena normalarının tələblərinə uyğun olmalıdır. Mehmanxana işçilərinin geyimləri İslam əxlaqına zidd olmamalıdır.

 Layihəyə əsasən, standartın ilkin yoxlama müddəti 2022-ci il, dövrü yoxlama müddəti isə 5 ildir.


Ölkəmizdə də "halal otellər" fəaliyyətə başlayacaq - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Oğuzda zəlzələ olub
    Oğuz rayonu ərazisində, Şəkidən 28 kilometr cənub-şərqdə, zəlzələ qeydə alınıb.
     22.04.2018
    22 aprel - Beynəlxalq Yer Günüdür
    22 aprel “Beynəlxalq Yer Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir.
     22.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ