EURO 1,9062 NEFT 52,15
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:25.03.2017 15:47:36

Övladının ən böyük günahlardan birini edəcəyindən narahat olan valideynə məsləhətlər...

Mənim həddi-buluğ yaşına çatmış oğlum var. Onun artıq 17 yaşı tamam olub. Mən onun nəfsinə uyub zina edəcəyindən qorxuram. Hər tərəf günahla doludur. Onun yaşıdları heç bir günahı etməkdən çəkinmirlər. Zina onun sinif yoldaşları üçün, istər qız olsun, istərsə də oğlan, ən sadə bir işdir və onlar bu əməli biabırçı hesab etmirlər. Oğluma başa salmışam ki, kəbinsiz əlaqələr (münasibətlər) ən ağır günahdır. Onun özü də bunu anlayır. Oğlumu bu günahdan necə qoruya biləcəyimi öyrənmək istəyərdim. Axı oğlumun özü bunu etmək istəməsə belə, pis mühitə düşüb azaraq, bu qorxunc işi edə bilər...

Gənc insanları qorumağı ən yaxşı yolu, bu fəlakətli hal ilə mübarizədir.

Oğlunun zina edəcəyindən qorxan valideynə bu məsləhətləri vermək istəyirik...

 

Erkən yaşda evlilik

Bu, cismani tələblərin təbii şəkildə qarşılanmasının yoludur. Bundan əlavə, gənc yaşda nigahın çox sayda əxlaqi, sosial, ruhi və tibbi üstünlükləri var.

Peyğəmbər (s) buyurur: “Ey cavanlar! Sizlərdən hər kimin evlənməyə gücü çatırsa, mütləq bu işi görsün. Bu, baxışları çirkinliklərdən qorumağın və qadınları iffətəsizlikdən qorumağın ən yaxşı yoludur”.

Müstəhəb oruc

Əgər kişi, hər hansısa səbəblərə görə gənc yaşlarında ailə həyatı qura bilmirsə, “həvəslərini” sakitləşdirmək üçün onun oruc tutması yaxşı olar.

Təhrikedici hər bir şeydən uzaq olmaq

Şübhəsiz, bir gənc üçün açıq-saçıqlığın göz qabağında olduğu, KİV-lərin və kinoların şəhvətli meylləri “təriflədiyi”, küçələrdə dinin müqəddəs dəyərlərini unutmuş yarıçılpaq qızların gəzdiyi bir zamanda nəfsi istəkləri cilovlamaq olduqca çətindir. Bu cür şəraitdə gənci günahlardan ancaq əxlaqi tərbiyə, Allah qorxusu və günaha aparan hər bir şeydən çəkinmək qoruya bilər.

Mömin dostlar

Uşaq qəlbləri təmiz güzgü kimidir. Onlar, gördükləri hər bir şeyi təkrar edirlər. Buna görə də valideynlər övladlarına yaxşı dost seçməkdə yardımçı olmalıdırlar. Yaxşı dostlar, uşaqlara unutduqlarını xatırlada, ağlabatan məsləhətlər və onların həqiqi yoldan azdığı zaman onlara öyüd-nəsihət verə bilirlər. Əlbəttə, bu cür şəxsləri, xüsusən də belə bir zamanda tapmaq çətindir. Biz övladlarımızı ruhi, mənəvi və cismani təmizliklərin olmadığı yerlərə getməkdən qorumalıyıq. İlk baxışdan rəngarəng görünən müxtəlif klublar gəncləri mənəvi pozğunluğa aparan təlyə çevrilə bilərlər. Bu cür məkanlar vaxtında uzaq durmağı, çəkinməyi öyrənməmək, insanı bəzən çıxılması mümkün olmaya tələyə sala bilər.

Həkim məsləhətlərinə qulaq asmaq

Cinsi istəklərin və bədənin sakitləşdirilməsi üçün aşağıdakı qaydalara əməl etmək məsləhət görülür:

Güclü şəhvət hissinin aradan aparılması üçün soyuq su ilə duş qəbul etmək faydalıdır;

İdmanla məşğul olmaq;

Tərbikində çoxlu yağ olan, bibər və digər “oyadıcı” maddələr olan qidalardan uzaq durmaq;

Çay, kofe və digər ruhlandırıcı içkilərdən az içmək;

Az ət və yumurta yemək;

Qarnı üstə yox, sağ çiyni üstə uzanmaq lazımdır.

Gənc insanları qorumağı ən yaxşı yolu, bu fəlakətli hal ilə mübarizədir.


Oğlumun zina edəcəyindən qorxuram...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda Respublika Günü qeyd olunur
    Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.
     28.05.2017
    "Amnesty İnternational" təşkilatı israillilərin Qüdsdə yürüyüş keçirmələrini beynəlxalq qanunlara zidd adlandırıb.
     28.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ