EURO 2,0368 NEFT 55,35
USD 1,7007 RUB 0,0293
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:14.04.2017 17:02:58

Odessada ilk dəfə geniş və təntənəli şəkildə Həzrət İmam Əlinin (ə) mövludu günü qeyd edilib.

Bu barədə SalamNews-a Ukraynada yaşayan azərbaycanlı ilahiyyatçı Hacı Namik Babaxan məlumat verib.

Onun sözlərinə görə, mərasimdə yerli camaatla yanaşı Azərbaycandan gəlmiş qonaqlar da iştirak ediblər. Belə ki, Hacı Mehdi Dərbəndi və Hacı Ceyhun Muəzzin xüsusi qonaqlar kimi məclisə qatılıblar.

Mərasim iştirakçılarına İmam Əlinin (ə) həyat yolu haqında məlumat verilib, İmamın kəlamları və buyruqları diqqətə çatdırılıb.

Qeyd olunub ki, İslam peyğəmbəri Həzrət Məhəmmədə (s) ilahi vəhy ilk dəfə nazil olan zaman Həzrət Əli (ə) İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir.

Qeyd edək ki, Odessada keçirilən tədbirin təşkilatçıları orada yaşayan həmvətənlərimizdir.


Odessada ilk dəfə İmam Əlinin (ə) mövludu günü qeyd edilib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Neft bahalaşıb
     20.09.2017
    Azərbaycan əhalisinin yalnız 29 faizinin bank hesabı var
    Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen Bakıda “Elektron və rəqəmsal maliyyə xidmətləri” adlı yeni layihənin təqdimatında deyib.
     20.09.2017
    Meksikada güclü zəlzələ ən azı 149 nəfərin həyatına son qoyub (FOTOLAR)
    İki həftə əvvəl baş vermiş ölümcül zəlzələdən sonra Meksika yenidən silkələnib.
     20.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ