EURO 1,9349 NEFT 71,57
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:23.01.2018 18:01:15

Ukraynanın Kremençuq Neft Emalı Zavodu üçün Odessa limanına (Qara dəniz, Ukrayna) 84,841 min ton Azərbaycan nefti çatdırılıb.

Ukraynanın Kremençuq Neft Emalı Zavodu üçün Odessa limanına (Qara dəniz, Ukrayna) 84,841 min ton Azərbaycan nefti çatdırılıb.

“Report” “Enkorr” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Dəniz Limanları Administrasiyasından bildirilib.

Bu həcm 2018-ci ildə çatdırılan ilk partiyadır.

Azərbaycan nefti Malta bayrağı ilə üzən “Seadelta” tankerində Odessa limanına daşınıb və yanvarın 9-da yük boşaldılıb. Məlumatda deyilir ki, Azərbaycan nefti Supsa limanından (Gürcüstan, Qaradəniz) yola salınıb.

Qeyd edək ki, 2016-cı ilin sonunda “Ukrtatnafta” (zavodun operatoru) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kremençuq zavodunda emal üçün illik 1,3 mln. ton həcmində xam neft tədarükü ilə bağlı saziş imzalayıb. Bu çərçivədə “Ukrtransnafta” Odessa-Kremençuq neft kəmərini Azərbaycan nefti ilə doldurub.


Odessa limanına 84,8 min ton Azərbaycan nefti çatdırılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərəb nazir: “Barbarlıq olmadan müharibə olmur”
    BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Karkaş isə müharibənin "barbarlıq" olmadan olmayacağını açıqlayıb.
     17.08.2018
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
     16.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ