EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:26.09.2017 10:27:44

Azərbaycanda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin bir qismi təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər.

Bu isə həmin tələbələrin təhsilinin yarımçıq qalmasına və ali təhsil müəssisələrinin dayanıqlı maliyyə təminatında problemlərin yaranmasına səbəb olur.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib.

Komitə sədrinin sözlərinə görə, bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildə 10 aparıcı dövlət ali təhsil müəssisəsi tərəfindən "Maarifçi" Tələbə Kredit Fondu təsis edilib: “Fondun əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Bu vaxta qədər Fonddan 118 tələbə təhsil krediti götürüb. Cari ilin sentyabrından etibarən də Fond aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı üzrə faizsiz kreditlərin təqdim olunmasına start verib”.

Lakin F.Muradovun sözlərinə görə, məhdud resurslara malik olan Fondun fəaliyyəti mövcud tələbatla müqayisədə əhəmiyyətli dərəcədə kiçik miqyaslıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən mövcud qanunvericiliyin tələbləri əsas göstərilməklə, bir sıra ali təhsil müəssisələrinin sözügedən Fondla əməkdaşlıq etməsi məqsədəuyğun hesab edilməyib.

Ona görə də millət vəkili problemin həlli ilə bağlı 3 çıxış yolu göstərib: “Məsələnin vacibliyini, “Maarifçi” Tələbə Kredit Fondunun müsbət təcrübəsini və bu sahədə dünyada mövcud olan modelləri nəzərə almaqla, ali təhsil kreditləri üzrə ayrıca bir dövlət proqramının qəbul olunması və ya məsələn, İpoteka Fondu formatında müvafiq təsisatın yaradılması, yaxud da “Maarifçi” Tələbə Kredit Fondunun daha geniş fəaliyyətinə şərait yaradılması üçün mövcud qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi vacibdir. Məncə, bu məsələ həll olunsa, bu, ölkəmizdə təhsilin və ümumilikdə cəmiyyətin inkişafı yönündə mühüm addım olacaq”.


Ödənişli təhsil alan tələbələrlə bağlı TƏKLİF

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD Raqqanı tərk etməzdən əvvəl şəhərdə hər bir tikilini minalayıb
    İŞİD terror qruplaşmasının silahlıları Suriyanın Raqqa şəhərini tərk etməzdən əvvəl onun ərazisindəki hər bir tikilini minalayıblar.
     19.11.2017
    Sabirabadda iki avtomobil toqquşub: Yaralanan var
    Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ