1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.08.2017 12:14:10

"Obama qarşıdan gələn payızda milli səhnəyə geri dönəcək."

İslamazeri.com-un “The Hill” qəzetinə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın eks-prezidenti Barak Obama tezliklə ölkənin ictimai həyatında iştiraka geri dönmək niyyətindədir.

Administrasiyanın eks-başçısının köməkçilərindən biri bildirib ki, “Obama qarşıdan gələn payızda milli səhnəyə geri dönəcək”. Mənbənin məlumatına görə, bu qayıdış “incə rəqs” olacaq, çünki demokratlar Obamanın partiyanın siması olmasını istəmirlər.

Qeyd edilir ki, atılacaq gələcək addımların planı yaxın zamanda hazırlanacaq. “Obamaya yaxın məsləhətçilər iddia edirlər ki, o, partiyanın bərpasında aktiv rol oynayacaq”. Lakin buna baxmayaraq, bütün bu işlərin nəzərə çarpacaq hissəsi gözlərdən uzaq olacaq.

Xüsusilə, nəzərdə tutulur ki, Obama partiyası üçün vəsaitin toplanmasında iştirak edəcək.

Xatırladaq ki, Obama 8 il ABŞ Prezidenti olub. Bu, qanunla müəyyən edilmiş ən maksimal müddətdir.


Obama geri qayıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: Bu günün 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: Bu günün 4 önəmli xəbəri - VİDEO
     23.06.2018
    Səudiyyə Yəməndə mülkü evləri hədəfə aldı: Uşaq və qadınlar öldürüldü - FOTO (18+)
    Səud rejimi Yəməndə məğlubiyyətinin əvəzini mülkü vətəndaşlardan almaqda davam edir
     23.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ