EURO 2,078 NEFT 68,53
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:03.11.2017 09:11:17

Azərbaycanda futbol veteranlarının rəzil durumda olduğunu iddia edən İbrahimov daha çox Diniyevin bostanına daş atıb.

FİFA meneceri Erkin İbrahimov azərbaycanlı futbol veteranlarını sərt tənqid edib. Apasport.az saytının məlumatına görə, İbrahimov feysbukdakı şəxsi səhifəsində paylaşdığı statusda “Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədovu və onun timsalında digər keçmiş futbolçuları hədəfə alıb.

“Arif Əsədov da mili komandaya baş məşqçi təklif etdi: Qurban Qurbanov olmasa, yığma komandamızın başına Şahin Diniyev gətirilmədi! Baxın, bizim futbol veteranlarımız budu. Bu məmləkətdə nə Kaxa Kaladze, nə Corc Vea, nə də ən pis halda Aleksandr Bubnov var. Tipik azərbaycanlı olaraq, Arif Əsədov da qohumu, yaxını olan Şahin Diniyevin adını çəkir. Çempionatda sonuncu yerdə gedən komandanın baş məşqçisini milliyə məsləhət görmək nə dərəcədə düzgündü? Həmin o veteranlardan biri da hazırda həbsdədi - Faiq Cabbarov. Kimlərəsə pul “atdığına” görə” - deyə, İbrahimov yazıb.

Azərbaycanda futbol veteranlarının rəzil durumda olduğunu iddia edən İbrahimov daha çox Diniyevin bostanına daş atıb: “Diniyev əvvələr da millidə çalışıb. Necə çalışdığından da xəbərimiz var. Total milliləşdirməyə da indiki AFFA rəhbərliyi deyil, məhz Diniyev kimi bacarıqsız məşqçi start verib. Əvvəl bir qrup təcrübəli futbolçunu şərlədi sonra da Ernani Pereyra, Yuri Muzıka kimi ortabab futbolçuları milliyə cəlb edib. Elə olurdu ki meydana çıxan 11 nəfərdən 6 futbolçu xarici idi! Neçə-neçə istedadlı futbolçularımızın haqqını yedi! Sonra da Diniyev kimi iki yox, əlliüzlü adamlar and içirlər ki, karyeya boyu Azərbaycan futboluna xidmət ediblər. Hələ onu demirəm ki həmin vaxt yığmaya cəlb olunanlar hansı şərtlər ilə ölkənin bir nömrəli komandasına çağırılırdı”.


“O, neçə-neçə istedadlı futbolçularımızın haqqını yedi! ” - SƏRT İTTİHAMLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Evlənmək istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
    Ailə qurmaq istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
     22.01.2018
     Xanım Zeynəbin (s.ə) mübarək mövludu Marneulidə qeyd edildi - FOTO
    Xanım Zeynəbin (s.ə) mübarək təvəllüdü münasibəti ilə Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti tədbir keçirib
     22.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ