EURO 1,9062 NEFT 52,3
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.05.2017 15:20:11

ABŞ-da insan ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

İslamazeri.com-un CBS telekanalına istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Nyu-York şəhərində sürücü avtomobilini insanların üzərinə sürüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

“Maşın 23 piyadanı əzərək, onların üstündən keçib. Toqquşma nəticəsində bir neçə nəfər xəsarət alıb, 1 nəfər dünyasını dəyişib. 22 yaralı xəstəxanalara çatdırılıb.”, - deyə Nyu-York şəhərinin polis komissarı Ceyms O`nil bildirib.

“7 nəfərin vəziyyəti ağırdır.”, - deyə yanğın xidmətinin komissarı Deniel Nirqo bildirib.

İnsident Tayms-Skver meydanında baş verib. İlkin məlumata əsasən, avtomobil yüksək sürətlə trotuara çıxıb.

CNBC telekanalı bildirir ki, sürücü qaçmaq istəsə də tutulub. Onun şəxsiyyəti müəyyən edilib. O, 26 yaşlı Bronks sakini Riçard Roxasdır. O, daha əvvəl də alkoqolik və narkotik sərxoşluq halında  sükan arxasında əyləşdiyinə görə həbs edilib. Hazırda polis onu dindirir.

Nyu-York rəhbərliyi yaşanmış hadisəni terror aktı hesab etmir. Bu haqda şəhərin meri Bill De Blazio hadisə yerindəki mətbuat konfransında açıqlama verib.

ABŞ Prezidenti Donald Tramp hadisə ilə bağlı xəbərdar edilib. “Prezident Tayms-Skverdəki vəziyyətdən xəbərdardır və yenilənmiş məlumat alacaq.”, - deyə Ağ Evin mətbuat katibi Şon Spayser öz “Twitter” səhifəsində yazıb.


Nyu-Yorkda sürücü avtomobili piyadaların üzərinə sürdü: Ölən və yaralananlar var

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DTX rəisi:
    DTX rəisi qeyd edib ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdu və təbii ki, burada casuslar da var: "Ancaq biz onları zərərsizləşdiririk".
     27.05.2017
    Xərçəng xəstəsi intihar etdi
    Qaxda intihar hadisəsi baş verib.
     27.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ