EURO 1,9856 NEFT 48,69
USD 1,7012 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.07.2017 13:49:59

Daxili İşlər Nazirliyi Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına atəş açan şəxslə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Abşeron rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E.Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.

E.Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd gilizin götürüldüyü qeyd olunur.

Faktla əlaqədar cinayət işi başlandığı bildirilir.

***12:46

Abşeron rayonunda silahlı insident baş verib.

İslamazeri.com Report-a istinadən xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşlarına ev sahibi odlu silahdan bir neçə dəfə atəş açıb. İnsidentin Xırdalan şəhərində hadisəni törədən şəxsin qanunsuz inşaat işləri görülməsi zamanı baş verdiyi deyilir. Belə ki, qurum işçiləri tərəfindən bu işin dayandırılmasının tələb edildiyi və bu səbəbdən gərginliyin yaşandığı bildirilir. 

Abşeron Rayon Prokorurluğundan verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Ev sahibi, 75 yaşlı Namazov Eldar saxlanılıb. Ondan “Makarov” markalı tapança aşkar edilərək götürüldüyü bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Novxanıda İcra Hakimiyyətinin əməkdaşlarına silah çəkildi - YENİLƏNİB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya ordusu İraq sərhədi üzərində nəzarəti geri qaytarır
    Rusiya Silahlı Qüvvələrinin nümayəndəsi Suriya ordusunun uğurları barədə məlumat verib.
     24.07.2017
    İsrail: Müsəlmanlar arasında müharibə ən böyük strategiyadır ki...
    İsrailin silahlı qüvvələrinin başçısı müsəlmanarın daxili savaşlarından söz açıb.
     24.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ