EURO 1,9349 NEFT 71,57
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:25.01.2018 11:51:49

Dini mətnlərə əsasən, Allah, bəndəsinin duasını qəbul etməyə söz verib.

İslamazeri.com: Dini mətnlərə əsasən, Allah, bəndəsinin duasını qəbul etməyə söz verib. Məsələn Quranın Bəqərə surəsinin 186-cı ayəsində deyilir: “Bəndələrim mənim barəmdə səndən soruşsalar, (bilsinlər) Mən yaxınam. Məni çağıranın duasını qəbul edərəm”.

Mehriban Allahın dualarımızı qəbul etməsinə söz verməsinə baxmayaraq niyə bəzən dualarımız qəbul olmur? Buna mane olan nədir?

 

1.Günah;

İmam Əli (ə): “Günah duanın qəbul olmasına mane olur. Duanın qarşısını günah ilə almısınız. Bu səbədən duanın gec qəbul olmasına təəccüb etmə.” (Misbahul mütəhəccid s 844)

 

2.Haram maldan istifadə etmək;

Allahın Rəsulu (s): “Haram tikə yeyənin 40 gün namazı və duası qəbul olmaz.” (Biharul-ənvar c 63, s 314)

 

3.İnsanlara zülm etmək;

Həzrət Muhəmməd (s): “Zülm etməyin. Əks halda, dualarınız qəbul olmaz, yağış istəyərsiniz yağmaz, Allahdan yardım istəyərsiniz, lakin yardım etməz.” (Kənzul-ummal c 3,s 503)

 

4.Valideynə itaətsizlik etmək;

İmam Sadiq (ə): “Duaların qarşısını alan günahlardan biri də, valideynə itaətsizlik etmək və onları incitməkdir.” (Kafi c 2, s 448)

 

5.Yaxşılıqlara dəvət etməmək və pisliklərdən çəkindirməmək;

İmam Kazım (ə): “Yaxşılıqlara dəvət edin və pisliklərdən çəkindirin. Əks halda, pis insanlar işlərinizi ələ keçirər və bu zaman dualarınız qəbul olmaz.” (Mişkatul-ənvar s 50)

 

6.Namaza yüngül yanaşmaq;

Allahın Elçisi: “Namaza yüngül yanaşmağın nəticələrindən biri də, duaların asimana qalxmamasıdır.” (Fəlahus-sail s 22).

 

Gördüyünüz kimi hədislərə əsasən, duaların qəbul olmamasına səbəb məhz günah faktorudur. Lakin mehriban Allah,bəzən insanı imtahan edərək məqamının yüksəlməsi üçün, bəzən edilən duanın qəbul olmasını məsləhət bilməməsi üçün, bəzən isə edilən duadan daha xeyirlisini vermək üçün də duaları qəbul etmir, hansı ki bunlar da zahirdə pis görünsə də, həqiqətdə insanın xeyrinədir.


Niyə duam qəbul olmur? (Səbəb)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərəb nazir: “Barbarlıq olmadan müharibə olmur”
    BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Karkaş isə müharibənin "barbarlıq" olmadan olmayacağını açıqlayıb.
     17.08.2018
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
     16.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ