EURO 1,9983 NEFT 64,06
USD 1,7001 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:19.07.2017 10:01:15

Elə bu səbəbdən sakinlər özləri qiyam etməli və Səud tağutlarının əlindən xilas olmalıdırlar. Necə ki, iranlılar şahın əlindən xilas olaraq, izzətlərini geri qazandılar.

Ali-Səud rejimi tərəfindən edam olunan Ayətullah Şeyx Baqir Nimrin oğlu Məhəmməd Nimr “Mehr” xəbər agentliyinin suallarını cavablandırıb.

İslamazeri.com müsahibəni sizə təqdim edir:

-Əvamiyyə və Qətif bölgəsinin vətəndaşlarının son vəziyyəti nə yerdədir?
-Sakinlər şəraitə təslim olub, Allaha iman bəsləyərək, ədalətin bərpa olması üçün çalışırlar. Vətəndaşlar Ali-Səudun qətl, sürgün və digər cinayətləri səbəbilə çox ağır şəraitdə yaşasalar da ümidlərini itirməyiblər.

-Səud rejiminin bu bölgəyə hümunun səbəbi nədir?
-Bunun səbəbi budur ki, Əvamiyyə bölgəsinin sakinləri digərlərinə nisbətdə öz haqq və azadlıqlarının bərpasını daha çox tələb edirlər. Onları narahat edən də məhz budur. Onlar bu camaatın kralın ailəsinin mənafelərini təhdid edəcəyindən qorxurlar.

-Səud rejimi Qətif bölgəsində olan vətəndaşları sabitsizlikdə ittiham edirlər. Buna münasibətiniz nədir?
-Onlar yalan danışırlar. Onların legitimliyi yoxdur. Elə bu səbəbdən öz yalanlarını xalqa təlqin edərək, cinayətlərinə don geyindirərək, qanuni vəzifələrini icra etdiklərini bildirirlər.
Bunu anlamaq o qədər də çətin deyil. Səud qüvvələrinin Qətifə hücumundan öncə və sonrakı vəziyyəti müqayisə etdiyimiz zaman kimin terrorçu və sabitliyi pozan olduğu ortaya çıxır.

-Ali-Səudun bu cinayətləri ilə Sionist rejiminin bir əlaqəsi varmı?
-Rejimin şiələr əleyhinə atdığı hər bir addım İsrail rejiminin razılığını əldə etmək məqsədi daşıyır.

-Beynəlxalq arenanın Ali-Səudun şiələr əleyhinə addımlarına susmasını necə dəyərləndirirsiniz?
-İslam ainlərinə əsasən, məzlumlara yardım etmək vacib olsa da, Qətif və Əvamiyyə camaatı heç kimin dəstəyi və yardımını gözləmir. Zülmdən yaxa qurtarmaq istəyənlər bu məsuliyyəti öz öhdələrinə götürməli və xalq gələcəyini özü təyin etməlidir. Çünki bu xalqı özündən başqa Ali-Səudun caynağından çıxaracaq başqa bir qüvvə yoxdur. Elə bu səbəbdən sakinlər özləri qiyam etməli və Səud tağutlarının əlindən xilas olmalıdırlar. Necə ki, iranlılar şahın əlindən xilas olaraq, izzətlərini geri qazandılar.


Nimr: Səudiyyə rejiminin şiələr əleyhinə atdığı hər bir addım İsrail rejiminin razılığını əldə etmək məqsədi daşıyır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xaricdə əyani təhsil alan tələbələr Azərbaycanın təhsil müəssisələrinə belə köçürüləcəklər
    Ölkə daxilində bakalavriat və magistratura səviyyəsində köçürülmə zamanı tələbənin qəbul imtahanında topladığı bal əsas götürüləcək
     13.12.2017
    Türkiyənin müxtəlif şəhərlərində geniş ANTİ-FETÖ əməliyyatı
    Fətullah Gülənin terror qruplaşması ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı növbəti əməliyyat keçirilib
     13.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ