1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:28.06.2019 15:00:59

Nigeriya İslam Hərəkatının lideri Şeyx Zəkzakinin ciddi şəkildə zəhərləndiyi və vəziyyətinin ağır olduğu bildirilir.

Nigeriya İslam Hərəkatının lideri Şeyx Zəkzakinin ciddi şəkildə zəhərləndiyi və vəziyyətinin ağır olduğu bildirilir.  

Bu barədə "Aljazeera" saytı məlumat yayıb.   Məlumata görə, Şeyx İbrahim Zəkzakinin zəhərlənməsi onun vəziyyətini ağırlaşdırıb.  

Xəbərdə bildirilib ki, Şeyx Zəkzaki Nigeriya ordusunun agentləri tərəfindən zəhərlənib. Nigeriyanın İslami Hərəkatı, ölkənin paytaxtı Abuja küçələrində Zəkzakinin zəhərlənməsinə görə etiraz nümayişləri keçiriblər.  

Xatırladaq ki, 2015-ci ilin 13 dekabrında polis Baqiyətullah Hüseyniyəsinə və Şeyx Zəkzakinin evinə hücum edərək, təqribən 2000 nəfəri öldürmüşdü.

Təşkil edilən basqında nigeriyalı din alimi sol gözünü itirmişdi. Həyat yoldaşının də yaralandığı hücumda Şeyx Zəkzakinin 300 tələbəsi və 3 övladı qətlə yetirilmişdi. O, basqın zamanı həyat yoldaşı və bir çox tələbəsiylə birgə həbs olunmuşdu. (eastnews)


Nigeriya şiələrinin lideri Şeyx Zəkzaki zəhərlənib, vəziyyəti ağırdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Özbəkistanda toy xərclərinə limit
    Özbəkistanda toy xərclərinə limit qoyulur
     21.09.2019
    Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ