EURO 1,9798 NEFT 50,33
USD 1,701 RUB 0,0284
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.04.2017 12:24:39

Nigeriya təhlükəsizlik qüvvələri Nigeriyalı şiə lider Şeyx Zakzaki ilə həmrəylik etiraz aksiyası keçirənlərə hücum edib.

İslamazeri.com "Tasnim"-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Abucada şiələrin təşkil etdiyi etirazları polis itlərdən, gözyaşardıcı qaz və təzyiqli su istifadə edərək müdaxilə edib.

Xəbər mənbələri əksəriyyəti qadınlardan ibarət olan yüzlərlə şiələrin Nigeriya İslami Hərəkatının lideri Şeyx Zakzakinin hələ də həbsdə olması səbəbilə dinc etiraz təşkil etdiyini açıqlayıb.

Şeyx Zakzaki 2015-ci ilin noyabrında Nigeriya ordusu tərəfindən həbs olunmuşdur. Onun dərhal sərbəst buraxılmasına dair məhkəmə qərarı olmasına baxmayaraq, hələ də həbsdə saxlanılır və ordu Şeyx Zakzakinin sərbəst buraxılmasına dair məhkəmə qərarına biganə qalır.

Verilən məlumatlara görə, ordu qüvvələri etirazçıları dağıtmaq üçün polis itlərdən, gözyaşardıcı qaz və təzyiqli su istifadə etmişdir.

Nigeriyada şiələrin qarşısını almağa yönəlmiş əməliyyatlar bir neçə il əvvələ söykənir və daha əvvəl də ordu qüvvələri Qaduna əyalətində yerləşən Zaria şəhərində şiələrin mərkəzinə və Şeyx Zakzakinin evinə hücum etmiş və Şeyx Zakzakini ağır bir şəkildə yaralayaraq onu həbs etmişdir. Nigeriya Ordusu şiələrə qarşı bu hücumunda aralarında Şeyx Zakazkinin üç oğlunun da olduğu yüzlərlə insanı şəhid etmişdir.


Nigeriya polisi Şeyx Zakzaki üçün etiraz edənlərə hücum edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: Şübhə yoxdur ki, İran ABŞ-a cavab verəcək!
    İran Prezindeti ABŞ-ın yeni sanksiyaları barədə danışdı.
     26.07.2017
    Şeyx Sərdarın vəkili məhkəmənin hökmündən apellyasiya şikayəti verib
    Vəkilin bildirdiyinə görə, apellyasiya şikayəti Masallı Rayon Məhkəməsinin S.Hacıhəsənlinin 3 il azadlıqdan məhrum edilməsini nəzərdə tutan hökmündən verilib.
     26.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ