EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:05.08.2017 11:21:13

"Zəvvarlarımızın rahatlığı nəzərə alınaraq qalacağımız otellər əvvəlcədən ayrılır"

Bildiyiniz kimi, ölkədə zəvvarların müqəddəs məkanlara səfərini həyata keçirən müxtəlif turizm şirkətləri fəaliyyət göstərir.

İslamazeri.com belə səfərlərin təşkilində fərqliliyi ilə seçilən "Nicat" Travel Turizm şirkətinin rəhbəri Hacı Ələkbər Sərdəroğlundan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

 

- Bu turizm şirkətini təsis etməkdə məqsədiniz?

- “Nicat” Travel turizm şirkətini təsis etməkdə məqsədimiz Əhli-beyt maarifini zəvvarlara düzgün çatdırmaqdır. Biz özümüz də əvvəl zəvvar kimi səfərlərimiz olurdu. Səfər zamanı din ilə əlaqəsi olmayan lazımsız əməllərin insanlara deyildiyinin şahidi olurduq. Bu da sonradan ziyarətə gedənlərin həyatında mənfi təsirlər buraxıdrdı.


- Səfərləriniz hansı səviyyədə həyata keçirilir?

- Bizim təşkil etdiyimiz turlar digərlərindən yüksək xidməti ilə seçilir. Zəvvarlarımızın rahatçılığı bizim üçün hər şeydən önəmlidir. Yola çıxacağımız avtobuslar həm görünüşcə, həm də rahatlığı baxımından bütün standarlara cavab verir. Həmçinin avtobuslar kondisionerlə təchiz olunub. Bir çox hallarda sürücülər zəvvarlarla kobud rəftar edirlər, bizim səfərlərimizdə belə neqativ hallar baş vermir. Bununla yanaşı, sürücülərimiz peşəkar səviyyədədir. Zəvvarlarımızın rahatlığı nəzərə alınaraq qalacağımız otellər əvvəlcədən ayrılır. Bu işə xüsusi diqqət yetirilir. Otellərdə otaqlar müxtəlif olur. 2, 3, 4 nəfərlik və ailəli olanlar üçün də qalacaq yerləri ayrılır. Bakıdan Məşhədə bir avtobusla gedilir.


- Bəzi insanlar Kərbəla səfərinin təhlükəli olduğunu səbəb gətirərək bu ziyarətə getmək istəmirlər. Ziyarətə gedərkən təhlükəsizlik necə təmin edilir?

- Bu suallarla biz çox rastlaşırıq. Bunu deyə bilərəm ki, indi Kərbəla səfəri əvvəlkinə nisbətən daha təhlükəsizdir. Yolboyu İraq ərazisində hərbiçilər təhlükəsizliyi təmin edirlər. Kərbəlada qurulan çoxlu postlar vasitəsilə zəvvarların əmniyyəti qorunur. Hərəmlərə gedərkən hər küçədə hərbçilər tərəfindən yoxlanışlar olur.
Ən əsası budur ki, İran-İraq sərhədini keçdikdən sonra İraqın Daxili İşlər Nazirliyindən bir nəfər nümayəndə yolboyu bizi müşayət edir. Bütün təhlükəsizlik İraq hökuməti tərəfindən təmin edilir.


- Bir müddətdən sonra "Ərbəin" ziyarəti olacaq. Siz şirkət olaraq bununla əlaqədar səfər nəzərdə tutmusunuzmu?

- Bəli, "Ərbəin" ziyarəti də digər səfərlərimiz kimi “Nicat” Travel tərəfindən yüksək səviyyədə həyata keçiriləcək. Zəvvarlardan kim istəyərsə, Nəcəfdən Kərbəlaya 80 km piyada gedə bilərlər. Sağlamlığında problem olan şəxslərə avtobus vasitəsilə qalacağımız otelə getmək imkanı yaradılacaq. Bizim tərəfimizdən ayrılan nəzarətçi həm piyada, həm də avtobusda olanlara xidmət edəcək. Xanım zəvvarlar çox olarsa, xanım nümayəndələrimiz də onları müşayət edəcək.


- Gələcəkdə başqa səfərlərdə planlaşdırılırmı?

- Bəli, gələcək planlarımızda həm ölkədaxili, həm də ölkəxarici səfərlərimiz nəzərdə tutulur.
Başqa ölkələrdə də “Nicat” Travel-in ofisini açmaq niyyətimiz var. Bu istiqamətdə böyük işlər planlaşdırırıq.


- Növbəti səfəriniz Ərəfə və Qurban bayramına təsadüf edir, məhz bu səfərin digərlərindən fərqi nə olacaq?

- Avqustun 28-də səfər etməyi nəzərdə tutmuşuq və elanlar da vermişik. Ayın sonu Ərəfə günündə Məşhəd şəhərində olacağıq. Bildiyiniz kimi, sentyabrın 1-i müqəddəs Qurban bayramıdır, bu günü İmam Rza (ə) ziyarətgahında zəvvarlarla qeyd edəcəyik.

Zəvvarlarımızın rahatlığını nəzərə alaraq, otelləri də əlamətdar günlərlə əlaqədar hərəmə yaxın ərazidən seçəcəyik. Bu günlərdə məsləhətdir ki, zəvvarlar turlarla getsinlər, çünki əlamətdar günlərdə otel tapmaq çətin olur.

 

-Müsahibəyə görə təşəkkür edirik.

Mən sizin saytınıza təşəkkür edirəm.

 

BUNU DA OXU - 

 

Ərəfə və Qurban bayramında Məşhədə qədər bir avtovusla ziyarət -150 AZN

 


"Nicat" Travel Turizm şirkətinin rəhbəri: Zəvvarlarımızın rahatlığı bizim üçün hər şeydən önəmlidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ