EURO 1,8808 TRY 0,2983
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:27.08.2019 12:00:12

Son zamanlar Netanyahunun tapşırığı ilə İraq, Suriya və Livan ərazilərində dolayısı yolla, Qəzzaya bir-başa hücumlar təşkil olunması bölgədə yeni müharibənin başlanması ehtimalını artırır

Son zamanlar Netanyahunun tapşırığı ilə İraq, Suriya və Livan ərazilərində dolayısı yolla, Qəzzaya bir-başa hücumlar təşkil olunması bölgədə yeni müharibənin başlanması ehtimalını artırır.

İslamazeri.com xəbər verir ki, İsrail höküməti, xüsusilə Benyamin Netanyahu mümkün müharibə zamanı İsrail Ordusunun qalib olmasına inanmadığına görə, fərqli taktikadan istifadə etmək istəyir.

Bibi (Netanyahunun qısaldılmış adı) Netanyahu  iki gün əvvəl hökümətin təhlükəsizlik iclası keçirməklə seçkilərdə ən böyük rəqibi, peşakar hərbçi və kəşfiyyatçı, general Benni Qantsı dəvət etməsi birincinin seçkiqabağı taktikası və ikinciyə vəzifə verməklə bitirmək istəyini açıq-aşkar üzə çıxarır.

Qantsın mətbuat xidməti iclasla bağlı açıqlama verməkdən imtina edərək, oradakı müzakirələrə aydınlıq gətirmək istəmir.

Qants Netanyahunun bu taktikasını anlasa da, mümkün müharibə zamanı İsrail ordusunun qələbəsinə inandığına görə, bu riskə getmək istəyi və beləliklə Netanyahunun ona möhtac olduğunu cəmiyyətə yeritməklə əks-taktikaya həvəsli olduğu görünür.

Seçkilər zamanı "Mən Qərargah rəisi vəzifəsindəki borcumu yerinə yetirdikdən 4 il sonra, İsrail hökümətinə başçılıq etməm üçün mənə inanmanızı istəyirəm. Sağçılar solçular arasında mübarizə bizi parçalara bölür, inanclı və dünyəvilər, yəhudi və qeyri-yəhudilər bu qismdəndir. İsraildə qorxulu küləklər əsir, siyasi arena zəhərlənib. Ölkəmlə fəxr edirəm, heç vaxt utanmamışam. Ancaq mən hökümətin indiki işləməsindən utanıram.", -deyə Benni Qantz bildirmişdi. 

Benni Qantz kimdir?

1959-cu ildə Kfar Axim bölgəsində anadan olub. Atası "Yəhudi agentliyi"nin sədr müavini olub. Yəhudilərin yeni işğal olmuş ərazilərə köçürülməsi üçün yaradılan agentlikdə yüksək vəzifə tutmasıyla əlavə, yeni köçənlərə dəstək verən hərəkat da yaradıb.

Oğlunu gələcək hərbçi kimi görmək istəyən ata Qantz oğlunu orta məktəbdən sonra İsrailin Milli Təhlükəsizlik kollecində oxudur, daha sonra gələcəyin qərargah rəisi ABŞ-da Milli Müdafiə Universitetini bitirir.

Qantz hazırda 60 yaşındadır və özü dediyi kimi 40 ilə yaxın hərbidə İsrail ordusunun müxtəlif yüksək vəzifələrində çalışıb. Ən yuxarı vəzifəsi İsrail Ordusunun Qərargah rəisi postudur.

Livanda 1980-ci illərdə kiçik zabit kimi iştirak edib. 1982-ci ildə ABŞ-da Dəniz Piyadası kurslarına qatılıb. 1984-cü ildə xüsusi təyinatlı batalyonun  komandir müavini işləyib. 5 il sonra bu batalyonun komandiri olub. 1992-ci ildə desant briqadasının komandiri təyinatı alıb. 1997-ci ildə 1 illik ABŞ-a xüsusi hərbi təlimlərə gedib, qayıdan kimi divizya komandiri, daha sonra general mayor rütbəsi alaraq Şimal Korpusunun komandiri vəzifəsinə təyin olunub. 2005-ci ildə Quru Qoşunlarına komandan təyinatı alıb. İsrailin ABŞ-a attaşesi kimi 2007-ci ildə iki illik ABŞ-a böyük ehtimalla yeni hərbi, kəşfiyyat təlimlərinə gedib. Qayıdan kimi İsrail Ordusunun Qərargah rəisinin müavini, iki il sonra isə 2015-ci ilə qədər Qərargah rəisi vəzifəsinə təyin olunub. 

Benni Qantz Süleymani, Nəsrullah və Ruhani haqqında kimə mesaj vermişdi?
Benni Qantz seçkiöncəsi çıxışında niyə Süleymani, Nəsrullah və Ruhani haqqında fikirlər irəli sürüb? Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ehtimala görə, tez-tez ABŞ-da illərlə hərbi, təhlükəsizlik sahəsində təlimlər keçən, ABŞ-da İsrailin hərbi attaşesi olan Benni və ya tam adı ilə Binyamin Qantz ABŞ-dakı yəhudi lobbisinə  Süleymani, Seyid Nəsrullahla Netanyahu kimi korrupsiyaya bulaşan nazirlərin deyil, özü kimi hərbçilərin bacaracağını mesajını vermək istəyib. O bildirmək istəyir ki, İsrail Ordusunun İran İslam Respublikasının nüvə fəaliyyətlərinə nəzarət qurumunda da vəzifədə işləməsi, Livan "Hizbullah"ı-HƏMAS-ı yaxşı tanıması, 38 illik hərbi keçmişi onu İsrailin bir nömrəli düşmənlərilə mübarizə aparmasına bir növ imkan verəcək, lakin  hərbçi hətta Qərargah rəisi olmaqla iş bitmir, hökümətin başçısı olmaq lazımdır.

Qeyd edək ki, Livan Hizbullahı lideri Seyid Həsən Nəsrullah İsrailin Livan ərazisinə iki dron göndərməsilə bağlı açıqlamasında seçki məsələsini xüsusilə vurğulayıb: "İndiyə kimi bütün seçkilərdə Netanyahu seçkilərə fələstinlilərin qanları üzərindən gedib. Amma bu dəfə seçki sizin qanlarınızın üzərində keçiriləcək." 

Onu da qeyd edək ki, "Qüds" elit briqadasının komandiri General Qasim Süleymani İsrail rejiminin Suriya və Livana qarşı həyata keçirdiyi hava zərbələrinə münasibətində "Bu ağılsız hücumlar, şübhəsiz İsrail rejiminin son çırpınışları olacaqdır", - deyib.

Göründüyü qədər, hökümət başçısı olmaq üçün "rus ruleti"nə (red: ölümcül bir şans oyunu. Tapançaya bir güllə qoyulur və silindr elə çevrilir ki, güllənin yeri bəlli olmur. Oyunçular tapançaları başlarına qarşı tutaraq növbə çəkirlər və tətiyi çəkərək şanslarını sınayırlar. Rus ifadəsi oyunun doğulduğu ölkəyə aiddir) həvəs göstərən Netanyahu, bu oyuna tək getmək istəmir və Qantsı da özü ilə təhlükəli riskə getməyə inandırmağa çalışır.


Netanyahunun "rus ruleti" həvəsi; general Qants "Bibi"nin oyununa gələcəkmi? - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Nazir: Orta pensiya məbləği 293 manat olacaq
    Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq, 293 manat ətrafında olmalıdır.
     22.11.2019
    İran hərbi hava təlimləri keçirir
    İran Hərbi Hava Qüvvələri “Vilayət səmaları müdafiəçiləri-98” adlı hərbi hava manevrinin “Ya Məhəmməd Rəsulullah!” adlı sonuncu mərhələsi noyabrın 22-də başlayıb.
     22.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ