EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:13.12.2016 13:04:11

Netanyahu hiyləgər bir siyasətçidir və riyakar bir rejimin rəhbəridir. Azərbaycan üçün bu səfərdən müsbət nələrsə gözləmək olarmı?

Müsəlman aləminin işğalçı olaraq qəbul etdiyi, müsəlman qanı ilə qidalanaraq öz hakimiyyətini davam etdirən sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ölkə ziyalılarının və müsəlmanların narazılığına səbəb olub. Belə ki, hər gün Fələstində onlarla dinc sakinin qanını tökən, uşaqları atasız, qadınları dul qoyan, çox sayda müsəlmanı səbəbsiz yerə həbs edən İsrail rejiminin Azərbaycan müsəlmanlarına qarşı humanist münasibətdə olacağına ehtimal vermək sadəlöhvlük olar. Fələstində qan tökməklə kifayətlənməyən rejim İraq və Suriyadakı terrorçulara verdiyi açıq dəstəkdən məlumdur ki, müsəlmanların qanının axıdılması İsrail rejiminin gündəlik prioritetidir. İşğala məruz qalan Azərbaycanla işğal edən İsrail rejiminin əlaqələrinin uğurla nəticələnəcəyi də gözlənilmir. Mövzu ilə əlaqədar olaraq İslamazeri.az siyasi xadimlər və politoloqlardan münasibət alıb.

 

Şərqşünas, politoloq Vüsal Hətəmov İsrail rejiminin rəhbərinin Bakıya gəlişini Qərbin Şərqdə dayaqlarını itirməsi ilə əlaqələndirir: "Məsələyə emosional deyil, rasional baxsaq, Netanyahunun Azərbaycana gəlişi heç bir məntiqə sığmır. İsrail regionda özünə tərəfdaş tapa bilməyəcək. Qonşuluğumuzda olan Türkiyə-İran-Rusiya yaxınlaşması Azərbaycan-İsrail arasında heç bir irəliləyişi vəd etmir. İsrailin Azərbaycanın ayağına gəlişi o deməkdir ki, Yaxın Şərqdə Qərb xırıldayır. Yəqin ki Netanyahu düşünür ki, bu gəlişi ilə Azərbaycanla qonşu dövlətlər arasında soyuqluq yaradacaq. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti bu məsələdə prinsipial mövqe sərgiləyəcək. Çünki ikinci İsrail bizim qonşu Ermənistandır."

 

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli Benyamin Netanyahunun gəlişini terrorçu qruplaşma rəhbərinin gəlişi kimi dəyərləndirir: "Bizim fikrimizə görə, sionist İsrail rejiminin bütün dünyada günahsız insan qatili, uşaq qatili kimi tanınan baş nazirinin Azərbaycana səfəri arzuolunan deyil. Bununla əlaqədar biz öz təşkilatımız adından da bəyanat qəbul etmişik. Çünkü Azərbaycan 25 ildən artıqdır ki, erməni terroru və işğalı ilə üz-üzədir. Azərbaycan 20-ci əsrin ən ağır, ən dəhşətli qətliamı, Xocalı qətliamını yaşayıb. Bu günkü gündə də Erməni terrorizmi, işğalı davam etməkdədir. Belə bir zamanda digər bir terrorçu və işğalçı qətliam müəllifi olan bir rejimin və onun cəllad baş nazirinin bizim ölkəmizə səfəri hesab edirik ki, dövlət maraqlarına uyğun deyil. Bu cür cinayətkar rejimlərlə ümumiyyətlə rəsmi münasibətlərin biz əleyhinəyik. Ona görə də istər indi dediyim vəziyyətə uyğun olaraq, istərsə də Azərbaycanın eyni zamanda müsəlman ölkəsi olaraq və İslam Əməkdaşlıq Təşkilatının üzvü olaraq mövqeyinə uyğun deyil. Onun bu bölgəyə gəlişi yalnız və yalnız regionda narahatlıq və problemlərdən başqa Azərbaycana heç bir şey vəd edə bilməz. Bu günkü gündə sionist İsrail rejiminin baş nazirinin bu səfəri İŞİD terrorçu qruplaşmasının rəhbərinin səfəri kimi dəyərləndirilməlidir. İŞİD terrorçu qruplaşması mahiyyətcə nə edirsə sionist İsrail rejimi də həmin mahiyyəti kəsb edir. Sionist İsrail rejimi ilə İŞİD arasında yeganə fərq isə budur ki, biri təşkilatçıdır, digəri isə icraçı. İsrailin baş naziri gəldi vəya İŞİD-in komandiri gəldi, məncə mahiyyətcə eynidi. Ona görə də bu yolverilməzdir, qəbulolunmazdır."

 

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev İsrail rejiminin baş nazirinin gəlişinin səbəblərinin sirli pərdə arxasında olduğunu bildirir: "Adətən hər hansı bir dövlətin rəhbəri səfər edəndə onun gəlişindən zamanı hansı müqavilələrin bağlandığı, hansı münasibətlərin qurulduğu sonradan bilinir. Amma Netanyahu hiyləgər bir siyasətçidir və riyakar bir rejimin rəhbəridir. Onun üçün hesab edirəm ki, indi nə yazırlar yazsınlar, nə güman edirlər etsinlər heç birisi düz gəlməyəcək. Çox sirli pərdə arxasındadır onun gəlişi. Əgər belə ümumi demək olsa, bu yəqin ki, müdafiə kompleksi, hərbi kompelks haqqında söhbətlər olacaq və iki tərəfli strateji əməkdaşlıqdan söhbət gedəcək. Bu işin görünən tərəfi olacaq. Görünməyən tərəfini isə əlahəzrət vaxt özü göstərəcək. Amma mən hesab edirəm ki, mütərəqqi düşüncəli hər bir azərbaycanlı bu gün müsəlman anlayışının düşməni olan Fələstində minlərlə insanın qanına bais olan bir insanın gəlişinə ciddi etiraz etməlidir. Bilirəm ki, eləcədə bu qonşu İran respublikasını narahat edir. Haqlı da narahatlıqdır. Amma ikinci tərəfdən çox istərdim ki, İran da işğalçı Ermənistanla münasibətlərinə əl gəzdirsin, siyasi əlaqələrini ölçüb-biçsin ki, sabah narazılığa yer qalmasın. Bölgədə vəziyyət belədir, Netanyahunun da gəlişi tək səbir kimi bir şeydir. "

 

Yeni Müsavat qəzetinin yazarı Kənan Rövşənoğlu İsraillə Azərbaycan arasında müzakirə oluna biləcək xeyli mövzuların olduğunu deyib: "Netanyahunun səfərində bir sıra səbəbləri ola bilər. Məlum olduğu kimi İsrail hökumət başçısı xüsusən də müsəlman ölkələrinə o qədər də tez-tez səfər eləmir. Netanyahu Azərbaycan və Qazaxıstana səfər edəcək. Yəni regiondakı əsas tərəfdaş ölkələrə. Azərbaycanla İsrail arasında, bir sıra sahələrdə, o cümlədən silah ticarətindən tutmuş kənd təsərrüfatına qədər müxtəlif sahələrdə əməkdaşlıq edir. Azərbaycan Qərb ölkələrindən ala bilmədiyi silah və texnikanı İsraildən alır, yəhudi lobbisi ilə diplomatik sahədə yaxın əməkdaşlıq mövcuddur. Bunun bazasında da Azərbaycanda tarixən yaşamış yəhudi vətəndaşlardır. İsrail Azərbaycanın əsas neft alıcılarından biridir. Yəni bir sözlə müzakirə olunacaq xeyli mövzular var. Təbii ki, bağlı qapılar arxasında qapalı görüşlər də olacaq."


Netanyahunun gəlişi Azərbaycana nələr vəd edir? - Münasibət

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ