İsrail rejiminin Baş naziri İran yığmasının oyununu şərh edib.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, İsrail rejiminin Baş naziri Binyamin Netanyahu Rusiyada DM-2018-də çıxış etmiş İranın futbol üzrə yığmasını tərifləyib.
“Kristiano Ronaldonun qarşısını almağın nə qədər çətin olduğunu bilirsiniz? Mən də bir zamanlar futbol oynamışam və deyə bilərəm ki, bu mümkünsüzdür. Lakin İran yığması bu çətin işin öhdəsindən gəldi.”, - deyə İran-Portuqaliya arasındakı oyunu şərh edən Netanyahu bildirib.
“Arzu edirəm ki, İran xalqı futbol meydanında olduğu kimi, küçələrdə də öz qoçaqlığını göstərsin ki, hökumət Yaxın Şərqdəki lazımsız müharibələrə pul xərcləməsin.”, - deyə o əlavə edib.
Xatırladaq ki, İran-Portuqaliya qarşılaşması 1:1 hesablı heçheçə ilə bitib.
Netanyahu İran yığmasını təriflədi və İran xalqını küçələrə səslədi