EURO 1,9254 NEFT 72,2
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:01.03.2018 13:22:22

Netanyahu istər özünün rüşvətxorluqla bağlı istintaq işləri, istərsə hökümətinin saxlanmasıyla bağlı ən böhranlı vəziyyətini yaşayır

İslamazeri.com xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu istər özünün rüşvətxorluqla bağlı istintaq işləri, istərsə hökümətinin saxlanmasıyla bağlı ən böhranlı vəziyyətini yaşayır. Belə ki, dünən Netanyahu 2019-cu ilin büdcəsilə bağlı Knessetdə səsverməkdən imtina edən dini yönlü deputat və hahamlarla görüşüb.

Görüşə Netanyahu ilə birlikdə, səhiyyə nazirinin müavini Yaakov Listman, deputat Moşe Qafni, ŞAS partiyasının rəsmisi və daxili işlər naziri Arye Deri və başqaları qatılıblar. Məlumata görə, görüşün nəticəsi Netanyahunun xeyrinə olmayıb. Hahamlardan biri "walla" portalına böhranın nəinki həll olunduğunu, hətta daha da dərinləşdiyini bildirib. 

Hahamlar nə istəyir?

Ultraortodoks yəhudilər orduda ümumilikdə Tövratın tədris edilməsini, həmçinin din xadimi və köməkçilərinin orduya çağırılmamasını tələb edirlər. Onların tələbini "Yəhudiliyin Tövratı" adlı ultra-ortodoks yəhudilərin bütün partiyalarının birliyi dilə gətirib. Bu birliyin nümayəndəsi olan səhiyyə nazirinin müavini Yaakov Listman tələblərinin qəbul edilməyəcəyi təqdirdə, 2019-cu ilin büdcəsilə bağlı qərara səs verməyəcəklərini bildirib. İsrail mediası bunun baş verəcəyi təqdirdə,  Netanyahu hökümətinin dağılacağını yazırlar.

Netanyahu hər-bir halda məğlubdur...

"9kanal"ın portalı yazır ki, bu qanun qəbul ediləcəyi təqdirdə belə, "Likud"- Netanyahunun təmsil etdiyi partiya növbəti seçkilərdə məğlubiyyətlə üzləşəcək. 

"Buna görə də, Netanyahu koalisiyanın dağılmasının qarşısını almaq istəyir. O axşam iclası təyin edərək, Litsman və Arye Derini - "Yəhudiliyin Tövratı" və ŞAS-ın Knessetdəki təmsilçilərini çağırıb. "Likud" təmsilçiləri ultra ortodoksları inandırmağa çalışıblar ki, bu qanun (Tövratın orduda təlim edilməsi və din xadimlərinin orduya getməməsi) onların özünə, digərlərindən daha çox ziyan vuracaq. Lakin hahamlar fikirlərində qalıblar.", -deyə "9kanal"ının portalının analitik yazısında qeyd edilir.


Netanyahu hahamların bu tələbini yerinə yetirməsə İsrail höküməti dağılacaq - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda gecə saatlarında dəhşətli qətl - Gənc ürəyindən bıçaqlandı
    Bakıda gecə saatlarında qətl hadisəsi baş verib.
     15.08.2018
    Temperatur yenidən yüksələcək
    Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
     15.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ