EURO 2,0123 NEFT 63,12
USD 1,7002 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:12.07.2017 16:52:25

Bu gün İdman Tennis Kompleksinin əsaslı təmirdən sonra açılışı olub.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov və digər rəsmi şəxslər iştirak ediblər. Məlumatı nazirliyin mətbuat xidməti verib.

Bu ilin birinci yarısından başlayaraq İdman Tennis Kompleksinin bina və qurğularında əsaslı təmir, yenidənqurma, cari təmir işlərinə başlanıb və əlavə zəruri tikinti-quraşdırma işləri aparılıb.

Bakının Nərimanov rayonunda yerləşən kompleksin fəaliyyətinin tam təmin edilməsi üçün ərazidə əlavə olaraq əsas binaya bitişik Fitnes zalının, Masaj otağının, Qazanxananın, Nasosxananın, 60 m3-lik su anbarının, 120 m3-lik çirkab su anbarının tikintisi işləri yerinə yetirilib.

"Əsasli təmir və yenidənqurma işlərindən sonra əsas binada fitness zalı, inzibati otaqlar, kafe, gözləmə zalı-holl, məşqçi otağı, soyunub-geyinmə və duş qəbulu otaqları, sanitar qovşaqlar, sauna, təsərrüfat otağı, camarşırxana fəaliyyət göstərir. Ərazidə 6 ədəd tennisit yer örtüklü açıq tennis kortları fəaliyyət göstərir.

Ərazidə asfalt və tamet örtüyü vurulub abadlıq-yaşıllaşdırma işləri həyata keçirilib. Bina və meydançalar müasir avadanlıq, mebel və ləvazimatlarla təchiz olunub" - məlumatda bildirilir.

Xatırladaq ki, İdman Tennis Kompleksi 1986-cı ildə inşa edilib.


Nərimanovda Tennis Kompleksinin açılışı olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu ölkədə Skype bağlandı
    Skype- a qədər isə, Çində Whatsapp messenceri bağlanmışdı
     23.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ