1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.05.2019 17:02:47

Nelson Mandelanın nəvəsi müsəlmanların tərəfini tutub.

İslamazeri.com-un “Time Live”-yə istinadən verdiyi xəbərə əsasən, Cənubi Afrika Respublikasının (CAR) keçmiş prezidenti, dünyanın ən görkəmli siyasi xadimlərindən biri olmuş Nelson Mandelanın nəvəsi Keyptaun şəhərinin müsəlman icmasının tərəfini tutub.

O, bu addımı şəhərdəki məscidlərdən birinin azan səsinin “səs çirklənməsinə” bərabər tutularaq azanın qadağan edilməsindən sonra atıb.

Qeyd edilir ki, bir neçə şəhər sakininin şikayətindən sonra, şəhər rəhbərliyi azanı qadağan edib.

Sözügedən məscidin imamı isə, öz növbəsində, qeyd edib ki, azan qadağası faktiki olaraq müsəlmanların hüquqlarının pozulmasıdır.

Aparteidə qarşı mübarizə aparmış şəxsin nəvəsi olan deputat və ölkənin mədəniyyət şurasının rəhbəri Mvezo Mandla Mandela da müsəlmanların tərəfini tutaraq şəhər rəhbərliyini məlum qadağanı ləğv etməyə səsləyib. O deyib ki, bu qadağa “konstutisyaya əsasən, din azadlığı, şərəf və ləyaqətin pozulmasıdır”.


Nelson Mandelanın nəvəsi müsəlmanların tərəfini tutdu - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ