EURO 2,0342 NEFT 56,86
USD 1,7008 RUB 0,0294
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:08.07.2017 11:16:00

Ən yüksək səviyyədə baş tutmuş siyasi dialoqun nəticələrini sizlərə təqdim edirik.

Almaniyanın Hamburq şəhərində G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Trampın ilk görüşü baş tutub. Bu danışıqlar son yarımil ərzində dünyada ən çox gözlənilən siyasi hadisələrdən biri oldu. 2 saatdan çox çəkən görüş ərəfəsində hər 2 prezident bildirib ki, öz ölkələri üçün müsbət nəticələr gözləyirlər. Ən yüksək səviyyədə baş tutmuş siyasi dialoqun nəticələrini sizlərə təqdim edirik.

 

 

Ötən gün Rusiya və ABŞ prezidentlərinin görüşü 20 dəqiqəlik gecikmə ilə start götürüb, lakin danışıqlar nəticədə 2 saatdan çox çəkib.

Danışıqlara başlamazdan əvvəl isə Rusiya və ABŞ liderləri mətbuat üçün bəyanat veriblər və əl sıxma “mərasimi” keçiriblər.

İlk sözü deyən isə ABŞ Prezidenti Donald Tramp oldu. O bildirdi ki, Putinlə olan dialoqun yaxşı nəticələr verəcəyini gözləyir.

Mən sizinlə görüşüdüyümə görə çox şadam, cənab prezident. Biz artıq bir sıra məsələləri müzakirə etmişik. Mən belə bir fürsəti səbirsizliklə gözləyirəm. Ölkələrimiz, həmçinin əlaqədar olanlar üçün də çoxlu müsbət (dəyişikliklər) baş verəcək.”, - deyə Donald Tramp bildirib.

Bundan sonra Tramp sözü rusiyalı həmkarına verib. Vladimir Putin bildirib ki, mühüm ikitərəfli və beynəlxalq problemlərin həlli üçün bu cür şəxsi görüşlər zəruridir.

Əlbəttə, əgər biz ikitərəfli gündəliyin məsələlərini və beynəlxalq gündəliyin də ən mühüm və kəskin məsələlərini həll etmək istəyiriksə, o zaman telefon danışıqları kifayət etmir. Mən sizinlə tanış olduğum üçün şadam, cənab prezident. Ümid edirəm ki, sizin də dediyiniz kimi, bizim görüşümüz müsbət nəticə verəcək.”, - deyə Putin Tramp xitabən sonda bildirib.

Bundan sonra hər 2 ölkə başçısı bir-birinin əlini sıxıb. Maraqlıdır ki, Tramp bu səfər əlini adəti üzrə uzatmayıb, əksinə, sanki Putinə dostcasına “salamlaşmağı” təklif edib. Beləliklə də, 45-ci ABŞ Prezidenti növbəti dəfə də öz qeyri-adi görüşmək üslubu ilə fərqlənib.

Prezidentlər rəsmi bəyanatlarını sona çatdırdıqdan sonra, jurnalistlər bir-birinin sözünü kəsərək suallar verməyə başlayıblar. Lakin, dövlət başçıları bu əsnada öz aralarında astadan söhbət edirdilər.

Daha sonra isə Putin və Tramp KİV üçün qapalı olan görüşə başlayıblar. Mümkündür ki, ABŞ Prezidenti danışıqlarda jurnalistlərin olmamasına görə sevinirdi, çünki o daha əvvəl “Twitter” səhifəsində növbəti dəfə gerçəkləri təhrif edən “yalançı KİV-lərə” qarşı çıxış etmişdi.

Mən ölkəmizi laiqincə təmsil edəcəm və onun maraqları uğrunda mübarizə aparacağam! Yalançı kütləvi informasiya vasitələri heç vaxt bunları dürüst şəkildə işıqlandırmayacaq, amma nə fərqi var! Biz Amerikanı yenidən qüdrətli edəcəyik!”, - deyə Tramp yazmışdı.

Prezidentlər hələ danışıqlar otağında olarkən, Almaniya kansleri Angela Merkel bildirib ki, ABŞ və Rusiya prezidentlərinin görüşünü salamlayır.

Prezidentlər Tramp və Putinin sammit çərçivəsində görüşməsini salamlayıram.”, - deyə Merkel bildirib.

2 saatdan da çox çəkən söhbətlərdən sonra Putin bəyanatla çıxış edərək, danışıqların nəticələri barədə danışıb. O, həmçinin Yaponiyanın Baş naziri Sindzo Abedən həm öz adından, həm də Trampın adından üzr istəyib. Buna səbəb isə Putinin Abe ilə planlaşdırılmış görüşə gecikməsi olub.

Mənim ABŞ Prezidenti ilə çox uzun çəkən bir söhbətim oldu. Çoxlu məsələlər üst-üstə yığılmışdı: həm Ukrayna, həm Suriya, həm digər problemlər, həm də bəzi ikitərəfli məsələlər. Biz yenidən terrorçuluqla mübarizə, kibertəhlükəsizlik məsələlərinə geri döndük.”, - deyə Putin danışıb.

Prezidentlər, Minsk razılaşması əsasında problemin həll edilməsi istiqamətində irəliləyişlərin əldə edilməsi üçün, Ukrayna məsələsində Rusiya Federasiyası və ABŞ nümayəndələri arasında kanalın yaradılması barədə razılığa gəliblər.

Suriyaya gəldikdə isə, o zaman bu ölkənin cənub-qərbində deeskalasiya zonası barədə razılıq əldə olunub, ölkənin cənubundakı barışıq isə iyul ayının 9 gecə yarısı qüvvəyə minəcək.

Donald Tramp artıq bir neçə dəfə Rusiyanın ABŞ-dakı seçkilərə ehtimal edilən müdaxiləsi mövzusunu qaldırıb. Prezidentlər, kibertəhdidlərə qarşı ölkələrin birgə mübarizə apara bilməsi üçün, kibertəhdidlər məsələsi üzrə çərçivə sazişinin yaradılmasının zəruriliyi barədə razılıq əldə ediblər.

Üstəlik, Rusiyanın Nyu-York şəhərindəki diplomatik mülkiyyəti barədə olan məsələ isə əvvəlkitək öz həllinin tapılacağı günü gözləyir.

 

 

 

İlk qeyri-rəsmi görüş

 

Sammitdə 2 prezidentin hər addımı yüzlərlə kamera tərəfindən “güdülürdü”. Putin və Trampın ilk görüşünə olan maraq olduqca yüksək idi. Görüşdən bir neçə saat öncə, Putin və Trampın G20 sammitində qeyri-rəsmi söhbət zamanı bir-birilərinin əlini necə sıxmasını göstərən video internetdə yayılıb.

Bəli, onlar əl görüşüblər və bir-birilərinə deyiblər ki, tezliklə təkətək görüş keçirəcəklər, tezliklə görüşəcəklər.”, - deyə Rusiya Prezidetinin mətbuat katibi Dmitriy Peskov təsdiq edib.

Daha sonra ölkə başçılarının söhbətləşməsindən olan video internetə yerləşdirildi. Qeyd edilir ki, Ukrayna jurnalistləri bəzi kadrları fərqli cür şərh ediblər. Həmin kadrlarda Putin və Tramp digər siyasətçilərlə birgə otaqdan çıxırlar. Belə ki. “dialoq.ua”-nın versiyasına əsasən, həmin an Rusiya Prezidentinin üzündə qorxu sezilirdi: Putin Ağ Evin yeni başçısı ilə təmas qurmaq arzusunda deyildi.

Böyük Britaniya KİV-ləri isə Putin və Trampın qısa qeyri-rəsmi görüşünü tamamilə başqa cür şərh ediblər. “The Daily Telegraph”-ın fikrincə, amerikalı prezident “hər iki əli ilə Vladimir Putinin əlini möhkəm sıxıb, daha sonra isə əlini onun belinə toxundurub, görünür ki, bu hərəkətlər dostluq nişanəsi olaraq edilib. Bundan sonra isə hər iki lider yanaşı duraraq və təbəssüm edərək kadrlara düşüblər”. Bütün bu baş verənlərə isə yaxınlıqda olan Avropa Komissiyasının başçısı Jan-Klod Yunker tamaşa edirdi.

Daha əvvəl hər iki prezident sammit ərəfəsində qarşıdan gələn görüşə olan maraqlarını izhar edərək təsdiq ediblər.

Tramp cümə günü səhər saatlarında “Twitter” səhifəsində yazmışdı ki, “liderlərlə, o cümlədən də Vladimir Putinlə bu günə təyin edilmiş görüşləri səbirsizliklə gözləyir. Müzakirə ediləsi çoxlu şeylər var”.

Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov isə öz növbəsində “Putin bu görüşü gözləyirmi və onun Trampa veriləcək sulları varmı” sualını cavablayarkən bildirib: “Cavabım müsbətdir.”

Ağ Ev danışıqlar üçün təxminən yarım saat ayırmışdı. Kremldən isə deyirdilər ki, görüş 1 saata yaxın davam edəcək və tamformatlı bir görüş olacaq, lakin dəqiq vaxt məhdudiyyəti qoyulmamışdı. Prezidentlərini görüşünə parallel olaraq ABŞ dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrovun da danışıqları baş tutub.

 

 

 

Anti-qlobalistlərin etirazları

 

Anti-qlobalistlərin Hamburqdakı etirazları isə davam etməkdədir. Şəhərin bəzi yerlərində polislə etirazçılar arasında toqquşmalar baş verib. Hamburq rəhbərliyinin məlumatına əsasən, iğtişaşlar zamanı 200-ə yaxın polis əməkdaşı yaralanıb. Asayiş keşikçiləri su şırnaqlarından və bibər qazından istifadə etmək məcburiyyətində qalıb, onlarla insan saxlanılıb.

KİV-lərin məlumatına görə, etirazçılar cümə günü səhər saatlarında ABŞ Prezidenti Donald Trampın xanımı Melanya Trampın olduğu oteli mühasirəyə alıblar. Təhlükəsizlik tədbiləri nəzərə alınaraq Melanya Tramp oteli tərk etməyib. Elə buna görə də Melanya birinci ledilərin şəkilçəkdirmə mərasimində iştirak edə bilməyib.

Həmçinin etirazçıların Vladimir Putinin olduğu iqamətgahı da mühasirəyə alması barədə xəbərlər də daxil olub. Lakin etirazlar Putinin cədvəlinə təsir etməyib.

Ən son məlumatlara əsasən, Hamburq şəhərinin limanın yaxınlığında etirazçılar barrikadalar qurublar. Əraziyə gücləndirilmiş polis patrulları cəlb edilib.

Xəbər verilirdi ki, sammitdən 2 gün öncə antiqlobalistlərin aksiyalarında təxminən 100 min nəfərin iştirak edəcəyi planlaşdırılmışdı.

 

 

 

KİV-lərin gözləntiləri

 

2 prezidentin danışıqlarından nələri gözləmək olar? Sorğuda iştirak etmiş şəxslərin 56 faizinin fikrincə, bir dənə görüş çətin ki, hər hansısa bir qlobal dəyişiklikərə səbəb olsun.

Xarici KİV-lər siyasətçilərin müzakirə etməli olduğu problemlər toplusunu göstərərək, öz proqnozlarını veriblər. “The Washington Post” bildirib ki, Donald Tramp “Putinin avtoritar adətlərinə heyran qalmaqdan əl çəkməlidir, bunun əvəzinə Putinə onun üçün cavablandırılması çətin olan suallar verməlidir. O cür suallardan biri, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi barədə olmalıdır.”

“The Gurdian” isə Putin və Trampın müzakirə edəcəyi “4 ədəd mövzu zəmbilinin” olduğunu bildirirdi. Bunlar Suriya və Ukrayna münaqişələri, 2 ölkə silahlı qüvvələrinin rabitə kanallarının müəyyən edilməsi və iqtisadi əlaqələrdir.

“Newsweek” jurnalının zənnincə, qarşıdan gələn görüş əzələ oyunlarından və 2 prezidentin “maçoluq çəkişməsindən” başqa bir şey deyil. Çünki, hər iki lider anlayır ki, “mövcud vəziyyətdə daha mühüm olan şeylər simvollar və sərtlik nümayişidir”.

Üstəlik Rusiya çalışırdı ki, danışıqların nə cür keçəcəyi və onların nə nəticələr verəcəyi barədə ehtimallar səsləndirməsin. Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşlərlə bağlı nəyisə müəyyən etmək cəhdlərini “dəyişkən hava şəraiti” ilə müqayisə edib.

 

TƏRCÜMƏ İSLAMAZƏRİ SAYTINA MƏXSUSDUR


Nəhənglərin 2 saatlıq söhbəti: Putin və Trampın ilk görüşü necə keçdi? - GENİŞ TƏFƏRRÜAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fuad Məsum kimdir?
     23.09.2017
    Laricani: İranın terror təşkilatlarına kömək etdiyi iddiaları gülməlidir
    Laricani həmçinin İranın bu gün İraq və Suriyada İŞİD terrorizminə qarşı mübarizə aparmaqda olduğunu da ifadə edib.
     23.09.2017
    BMT Yəməndə 7 milyon insana ərzaq yardımı edib
    Potensial aclıq fəlakətinin qarşısını almaq üçün bu ölkəyə yardımın həcmi 60 faiz artıb.
     23.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ