1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:03.01.2017 15:23:41

"Futbolçunun klubu ilə danışıqlar aparılıb və razılıq əldə olunub."

Bakının "Neftçi" klubu heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır. Bu barədə "Report"a komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.
Baş məşqçi futbolçunun adını açıqlamasa da, həftə ərzində keçidin reallaşacağını deyib: "Futbolçunun klubu ilə danışıqlar aparılıb və razılıq əldə olunub. O dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edəcək. Sadəcə münasibətlər rəsmiləşməmiş ad açıqlamaq istəmirəm. Həmin oyunçu bizim Türkiyə toplanışına qoşulacaq".
Baş məşqçi Azərbaycan millisinin üzvü Pavel Paşayevin də komandanın qış təlim-məşq toplanışına qatılacağını söyləyib: "Pavellə bağlı danışıqlar davam edir. Çox güman ki, Paveli heyətə cəlb edəcəyik. Hələ işlər yekunlaşmayıb, amma futbolçunun transfer vərəqini almaq istəyirik. Böyük ehtimalla o da bizim toplanışımızda iştirak edəcək".
Qeyd edək ki, "Neftçi" buna qədər Namiq Ələsgərov ("Qarabağ"), Georgi Navalovski ("Veriya", Yunanıstan), Zdenek Folprextlə ("Slovan", Çexiya - icarə) müqavilə imzalayıb.


"Neftçi" klubu ukraynalı futbolçu transfer edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ