EURO 1,9984 NEFT 50,85
USD 1,701 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:11.03.2017 12:36:32

Qadının mərceyi-təqlid ola bilməməsinə əsas səbəb nədir?

Qısa cavab

 

Din alimlərinin və mütəxəssislərinin qadının mərceyi-təqlid və hakim olması mövzusunda nəzərləri müxtəlifdir. Həmçinin bu mövzu islam dininin zəruri qanunlarından sayılmır. Qadının mərceyi-təqlid və şəri hakim ola bilməməsini iddia edənlər də öz növbələrində hədislərə və alimlərin icmasına istinad edirlər. Bunu da qeyd edək ki, bu mövzu olduqca geniş bir mövzudur.Amma biz burada konkret olaraq buna toxunacağıq. Bu mövzunun fəlsəfəsi barəsində bir neçə məsələ irəli sürülmüşdür. Biz də öz növbəmizdə bu kiçik məqalədə onların bir neçəsini qeyd edirik:

1). Qadın və kişi arasında fiziki və ruhi fərq olduğu üçün, yəni bəzi məsələlərdə kişi qadından daha iradəli olduğu üçün bu işlər daha çox kişilərə aid edilmişdir. Həmçinin bu işlərdə qadınların heç bir məsuliyyəti yoxdur.
2). Qadınlarda olan psixoloji xüsusiyyətlərdən biri də onların daha çox öz hisslərinə qapılmasıdır. Həmçinin ictihad, hökm, məhkumiyyət, o cümlədən qisas və həddin kəsilməsi məsələləri bu xüsusiyyətlərlə uyğunlaşmır. Bu səbəbdən də bu məsələlərin məsuliyyəti kişilərin öhdəsinə qoyulmuşdur.
Əlbəttə bunu da qeyd edək ki, bəzi alimlər bu dəlilləri qəbul etməyərək ictihad və məhkəmə məsələlərinin qadınlarında öhdəsində olduğunu iddia edirlər.

 

Ətraflı cavab

 

Din alimləri və mütəxəssisləri qadının mərceyi-təqlid və ya şərii hakim olması məsələlərində müxtəlif fikirlər irəli sürürlər. bunu da qeyd edək ki, bu kimi məsələlər dinin zəruri məsələlərindən sayılmır.

Amma qadının mərceyi-təqlid və hakim olması məsələləri ilə müxalif olan alimlər daha çoxdur. Çünki bu barədə çoxlu xəbərlər və hədislər vardır.
İmam Sadiq (ə) buyurmuşdur: Baxın araşdırın! Aranızda olan kişilərdən hansı bizim fətvalarımızı və nəzərlərimizi daha yaxşı bilir, onu özünüzə qazi təyin edin. Mən onu sizin aranızda şəri hakim təyin edirəm.[1]

Əbu Xədicənin hədisindən belə nəticə alırıq ki, "qazilik" məsələsi yalnız kişilərin öhdəsindədir.[2] Yəni qadınlar bu kimi işlərdən azaddırlar.[3] Həmçinin qadınların mərceyi-təqlid və şəri hakim olması ilə müxalif olan alimlərin əsas istinad etdikləri hədis budur.[4]
Bundan əlavə isə bəzi dəlillərə əsaslanırlar ki, onların ikisini burada qeyd edirik.

1) Məsuliyyətlər insanların qüdrətinə uyğun olaraq bölünmüşdür.

İslam dininin baxışında qadın və kişinin mahiyyəti eynidir. Yəni hər ikisi Allahın bəndəsidir.[5] Baxmayaraq ki, məqam və şəxsiyyət baxımından bunların arasında fərq yoxdur, amma insan olaraq iki müxalif cinsə ayrılmışdırlar. Həmçinin bu iki müxalif arasında fasiləli siniflər mövcuddur. Quran- kərim bu barədə buyurur: "Kişilər qadınların üzərində ixtiyar sahibidirlər. Çünki bəzi işlərdə Allah- Taala onları bir- birindən üstün qərar vermişdir.[6] Kişilərin fiziki[7], və fikri emosiyaları qadınlarla müqayisədə çox olduğu üçün ən mühüm ictimai məsələlər, o cümlədən şəri hakim, mərceyi-təqlid və bir sıra hakimiyyət məsələləri kişilərin öhdəsinə qoyulmuşdur.[8]

Deməli kişilər bəzi məsələlərdə qadınlardan üstün olduqları üçün bu və digər vəzifələr onların öhdəsinə həvalə edilmişdir. Amma belə nəticə almaq olmaz ki, bu cəhətdən qadınlar naqisdirlər və onların üzərinə bütün kamal qapıları bağlanmışdır. Əksinə, kişilər əvvəl qaradılışda fiziki cəhətdən qadınlardan üstün yaradıldıqları üçün bu vəzifə onların ğhdəsindədir. Yəni məsələni düzgün təhlil etsək islam dininin bu məsələdə qadınlara azadlıq bağışladığını əldə edirik. Bunu da qeyd edək ki, kişilərin bu vəzifəyə təyin olunmaları onlar üçün heç bir üstünlük kəsb etmir. Yəni bu və digər məsuliyyətlər kişilərin Allaha daha da yaxın olmaqlarına səbəb ola bilməz.

2) Mərceyi-təqlid və şəri hakim olmaq qəti iradə tələb edir.

Qadınlardan ayrılmayan psixoloji hisslərdən biri də onlarda olan hisslərə qapılmaq (kövrəklik və ürəyi yumşaqlıq) və ülfət hissləri icazə vermir ki, qazilik işlərində qətiyyətlə hökm versinlər. bundan əlavə qadınlar kişilərə nisbətən tez yumşalır, tez fikirlərini dəyişir, öz nigaranlıqlarını və şadlıqlarını daha tez biruzə verirlər. Təbiidir ki, bu və digər məsələlər hakimlik və məhkəmə işlərində özünü əks etdirəcəkdir. Həmçinin bu məsələlərdə qisas, hədd, din düşmənlərinə qarşı qəti tədbir görmək kimi işlər vardır ki, bu məsələlərin öhdəsindən yalnız möhkəm iradəli insanlar gələ bilər.

Başqa sözlə desək qadınların yaradılışı eşq- məhəbbət və ülfət dolu həyatdan ibarətdir. Bu səbəbdən bir çox işlərdə ciddilik və qətiyyətli olmaq onlar üçün çətin olur. bu və digər qəzəb tələb edən işlər kişilərin öhdəsindədir. Bu işin qadınların öhdəsindən götürülməsi islam dininin qadınlara verdiyi dəyər və qiymətdən irəli gəlmişdir.
Amma bəzi alimlər isə yuxarıda qeyd etdiyimiz dəlilləri qəbul etməyərək qazilik və ictihad məsələlərinin qadınlara da şamil olduğunu iddia edirlər.[9] Onların fikirinə nəzər salaq: "mərceyi-təqlidlik, qazilik və imam cüməlik vəzifə olaraq qadınların öhdəsində deyil. Çünki bəzi hədislərdə belə gəlmişdir. Amma hədisdə gəlməmişdir ki, bu iş onlara haramdır.[11] Adəcə onların vəzifəsi deyil" yazılmışdır.
Bundan əlavə, qadında məhəbbət hisslərinin çox olması onun zəkasının düzgün hökm verməməsinə sübut deyildir. Qadınlarda kişilərdən fərqlənmədən ictihad və məhkəmə məsələlərində öz qətiyyətini qorumaqda düzgün fətva verə bilərlər. belə məsələlərin mehr- məhəbbətlə belə də əlaqəsi yoxdur. Mümkündür bu məsələlərdə qadınlar daha çox çalışsınlar və daha çox təsirlənsinlər. amma bir halda ki, işin nəticəsi eyni ola bilər, (yəni qadınlarda kişilər kimi hökm verə bilərlər) bəs nə üçün bu və digər işlərdən məhrum olmalıdırlar.[12]
Əgər qəbul etsək ki, ictihad, hakimlik və bir çox ictimai rəhbərlik məsələləri xətərli[13] və çətin işdir, bu səbəbdən də qadınların bu işdə olması qadağandır. Gərək bu sualada cavab verək ki, hansı səbəbə əsasən qadının fətva vermək hüququ yoxdur? Bunların arasında nə kimi əlaqə vardır?!
Hətta əgər bütün icma və fəqihlərin nəzəri yuxarıdakı nəzərin xilafına olsada belə, yenə də bu məsələdə (qadınların fətva və hakimlik məsələsi) tutarlı dəlilə əsaslanmalıdır.[14]

[1] - Üsuli kafi, cild 1, səhifə 67.
[2] - Bax: Hadəvi Tehrani, Mehdi, qəzavət və qazi, səhifə 91- 92
[3] - İcma, fiqh elmində fəqihlərin qəbul etdikləri sənəddir.
[4] - Cəvahirul kəlam kitabı, cild 40, səhifə 14, məfatihul kəramə kitabı, cild 10, səhifə 9, Camiul şitat kitabı, cild 2, səhifə 680.
[5] - Nisa surəsi, ayə 1, bax: Cüzvətül hüquqi zən dər islam, Quran mübahisələri silsiləsindən, Misbah yəzdi, Məhəmməd Təqi.
[6] - Nisa surəsi, ayə 34.
[7] - qadınların bədən quruluşları kişilərlə müqayisədə olduqca zərif və zəifdir. Adətən kişilərin fiziki gücləri qadınlardan çoxdur. Bundan əlavə qadınlar əlli yaşına kimi hər ay heyz olurlar. Bu və süd vermə kimi işlər qadınların cismi cəhətdən zəif olmasına gətirib çıxarır.
[8] - Əl- mizan təfsiri, cild 14, səhifə 343
[9] - Bax: Cavadi Amuli, zən dər ayineye cəlal və camal kitabına, səhifə 348- 354.
[10] - Mən la yəhzuhul fəqih kitabı, cild 4, səh 362.
[11] - Cavadi Amuli, yenədə ora, səh 350.
[12] - Yenədə ora, səhifə 353.
[13] - Hadəvi Tehrani, Məhdi, Vilayət və dəyanət kitabı, səhifə 138- 143.
[14] - Cavadi Amuli, yenədə ora, səhifə 349- 353.

 

Mənbə: IslamQuest


Nə üçün qadın mərceyi-təqlid ola bilməz? - ƏTRAFLI CAVAB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Terrorçuların darmadağın edildiyi Ərsaldan reportaj - VİDEO
    “Al Alam” kanalı Livanın Ərsal yüksəklilərindən video reportaj hazırlayıb.
     27.07.2017
    Bu sözləri dünən çıxış edən “Hizbullah” lideri Seyid Həsən Nəsrullah uğurlu Ərsal əməliyyatı haqda danışdığı zaman deyib
     27.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ