EURO 2,0152 NEFT 63,86
USD 1,7001 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:07.11.2017 15:06:02

Günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tarifləri tətbiq edildikdən sonra qiymətlərin dəyişməsi nəzərdə tutulub.

Bu barədə “kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunur.

Bildirilir ki, pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi planlaşdırılır.

Dünyanın bir çox ölkələrində kommunal xidmət sektorunda elektrik enerjisi qiymətinin tələbata uyğun dəyişdirilməsi istehlak səviyyəsini aşağı salan standart təcrübədir. Azərbaycanda qiymətlərin gün ərzində differensiasiya edilməməsi tələb-təklif balansının qeyri-səmərəli olması ilə nəticələnir.

Qiymətlərin günün müxtəlif vaxtlarına uyğun tənzimlənməsi günlük yüklənmə qrafikini nizamlayır, eləcə də qiymətin ucuz olduğu vaxtda elektrik enerjisindən istifadə üçün stimul yaratmaqla, pik saatlardakı yüklənmə səviyyəsini aşağı salır və əlavə həcm üçün investisiya qoyuluşuna zərurəti azaldır. Türkiyədə günün müxtəlif vaxtlarına uyğun tariflər tətbiq olunub. Belə ki, elektrik enerjisi istehlakçılara gecəyarısı orta qiymətə, "pik yüklənmə” saatlarında (təxminən saat 17:00 - 22:00) isə ən yüksək qiymətə təqdim olunur", - deyə sənəddə qeyd olunub.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsisçisi, iqtisadçı Qubad İbadoğlu məsələni şərh edərkən bildirib ki, elektrik enerjisində qiymətlərin dəyişməsi bazarın tələblərindən, alıcılıq qabiliyətindən, eyni zamanda istehsal olunmuş enerjinin maya dəyərindən asılıdır.

“İndi bu barədə danışmaq bir az çətindir. Amma inanmıram ki, qiymətlərin ucuzlaşmasından söhbət getsin. Böyük ehtimalla işiğin tarifi qalxacaq. Çünki nəzərə almaq lazımdır ki, ölkədə inflyasiya var, digər sektorlarda, bazarlarda ümumi qiymət bahalaşması gedir. Bu kommunal xidmətlər sektorunda da qiymət artımına gətirib çıxarır”, - deyə iqtisadçı bildirib.

Energetika Nazirliyinin mətbuat xidmətindən baku.ws-ə verilən məlumata görə, “kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan müddəalar mərhələli şəkildə həyata keçirilir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın sözlərinə görə, kommunal xidmətlərin inkişafı üzrə icrası bu ilə planlaşdırılan 8 tədbirin mühüm bir hissəsi artıq yekunlaşmaq üzrədir.

“Elektrik enerjisinə olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması, eləcə də alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi prosesi başa çatmaqdadır. “Elektroenergetika haqqında” qanun layihəsi və “ İstilik enerjisindən istifadə qaydaları” hazırlanaraq baxılması üçün Nazirlər Kabinetinə göndərilib. “İzafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisi ixracı imkanının nəzərdən keçirilməsi” prioritet istiqamətinə uyğun olaraq ixracla bağlı həyata keçiriləcək tədbirlər üzrə işçi qrupunun noyabrda yaradılması razılaşdırılıb”, - deyə Z.Əliyeva qeyd etdi.

O bildirdi ki, günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tarifləri tətbiq edilməsinə gəlincə, bu il həyata keçirilməsi nəzərdə tutulmasa da 2020-ci ilə qədər həyata keçirilməsi planlaşdırılır.

Azərbaycanda işıq pulu Tarif Şurasının qərarı ilə 2016-cı ilin noyabrında bahalaşıb. Qərara əsasən pərakəndə satış qiyməti əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.


Nazirlikdən işıq pulunun 17:00-dan sonra bahalaşacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polşada qalmaqal: Yəhudiləri oğru və vətən xainləri ilə bir tutdular
    Polşada iş adamının elanı qalmaqala səbəb olub.
     24.11.2017
    İŞİD daxilində parçalanma: Terrorçuların başları kəsildi - SƏBƏB
    İŞİD terror təşkilatı öz üzvlərini öldürüb.
     24.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ