EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:28.07.2017 12:31:00

"Hazırda bu sahədə epidemioloji vəziyyət 10 ildir ki, eyni qalıb. Ölkədə hepatit virusunun yayılması orta səviyyəlidir."

Azərbaycanda B hepatitinin yayılma səviyyəsi azalıb, C hepatitinin yayılma səviyyəsi isə stabil qalıb.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin "B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya"nın sədri Murad Məmmədov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda bu sahədə epidemioloji vəziyyət 10 ildir ki, eyni qalıb. Ölkədə hepatit virusunun yayılması orta səviyyəlidir.

M.Məmmədov qeyd edib ki, B hepatiti adətən cinsi yolla və stomatologiyada istifadə olunan preparatların təkrar istifadə olunmasından, C hepatiti isə cinsi yolla praktiki olaraq keçmir. Bu viruslar daha çox qanköçürmə və təkrar istifadə olunan preparatlar vasitəsi ilə keçir:

"B hepatiti nəzarət olunandır, C hepatitinə nəzarət isə çətindir. Hepatitin müalicəsi var, ancaq zəmanət verilmir. Kəskin B hepatitinin ölüm faizi 1, C hepatitinin ölüm faizi B-yə nisbətən 100 min dəfə aşağıdır. C hepatitinin fəsadları daha çox olur və hər il dünyada 500 min insan ölür".
M.Məmmədov deyib ki, Azərbaycanda qanköçürmə zamanı virusların yayılma səviyyəsi B hepatiti üzrə 2 faiz, C hepatiti isə 1,95 faiz təşkil edib.


Nazirlikdən hepatit xəstəliyi ilə bağlı açıqlama

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ