1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:16.05.2017 11:17:27

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, təqdim olunan siyahı tamamilə yanlışdır.

Təhsil Nazirliyi Azərbaycanda diplomları tanınan ölkə universitetlərinin siyahısı ilə bağlı informasiyalara münasibət bildirib.

“Report”un məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, təqdim olunan siyahı tamamilə yanlışdır.
"Əgər ali təhsil müəssisəsi fəaliyyət göstərməsi üçün bütün zəruri sənədlərə malikdirsə və verdiyi təhsil sənədi fəaliyyət göstərdiyi ölkə tərəfindən tanınırsa, Azərbaycan da həmin təhsil müəssisəsini tanıyır. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinə (www.nostrifikasiya.edu.az) daxil olmaqla ENİC-NARİC bölməsindən ölkə ərazisində tanınan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərsiniz”, - o qeyd edib.

Xatırladaq ki, Ann.az saytının yaydığı məlumata görə, siyahıda 34 ölkənin 600 universitetinin adı yer alıb.

Siyahıya Almaniya universitetləri liderlik edir. Bu ölkənin 115 ali məktəbinin diplomu Azərbaycanda tanınacaq. Sayına görə ikinci yerdə ABŞ universitetləridir -71. İlk üçlüyü Rusiya ali məktəbləri tamamlayır. Bu ölkənin 58 universitetinin diplomunu Təhsil Nazirliyi tanıyacaq.

Azərbaycanlıların ən çox axın etdiyi Türkiyənin isə cəmi 13 universitetinin diplomu ölkədə tanınır. Diplomu tanınacaq Kanada universitetlərinin sayı isə 18-dir. Siyahıda Macarıstanın isə cəmi 1 universitetinin adı var.


Nazirlikdən Azərbaycanda diplomları tanınan ölkələr barədə açıqlama

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ