EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:03.06.2019 16:05:34

Nazirlər Kabineti Bakı şəhəri Süleyman Rüstəm küçəsi 10 ünvanındakı "Salaam Cinema"nın yerləşdiyi tarixi bina ilə bağlı rəy vermək üçün AMEA-ya müraciət edub.

Nazirlər Kabineti Bakı şəhəri  Süleyman Rüstəm küçəsi 10 ünvanındakı "Salaam Cinema"nın yerləşdiyi tarixi bina ilə bağlı rəy vermək üçün AMEA-ya müraciət edub.

 Bu barədə ONA-nın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Sorğuya cavabda bildirilib ki, xalqımızın keçmişini özündə yaşadan, əsrlərin sınağından çıxmış qədim tarixi-mədəni abidələrimizi qoruyaraq gələcək nəsillərə çatdırmaq hər birimizin ən ümdə vəzifəsidir. Bu gün mədəni irsimizin qorunması, inkişafı və təbliği istiqamətində Azərbaycan höküməti tərəfindən təxirəsalınmaz tədbirlər görülür, bu sahədə vəziyyət daim diqqət mərkəzindədir: "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü  siyahısına əlavələr edilməsi ilə bağlı Nazirlər Kabinetinə mütəmadi olaraq müxtəlif dövlət qurumlarından müvafiq təkliflər daxil olur. Həmin təkliflər Nazirlər Kabinetində qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə digər səlahiyyətli dövlət orqanlarının da rəyi nəzərə alınmaqla  nəzərdən keçirilir. Bakı şəhəri  Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən tarixi bina artıq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yeni aşkar olunan tarixi abidələr siyahısına salınıb. Mədəniyyət Nazirliyi eyni zamanda bu binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması təşəbbüsü ilə Nazirlər Kabinetinə müraciət edib. Nazirlər Kabineti  qanunvericiliyə uyğun olaraq bu təklifə zəruri rəy verilməsi üçün Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına müraciət ünvanlayıb. Tarixi bina ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınaraq müvafiq qərar qəbul ediləcək”.


Nazirlər Kabineti "Salaam Cinema"nın yerləşdiyi bina ilə bağlı AMEA-ya müraciət edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ