EURO 1,9459 NEFT 66,53
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:30.06.2018 00:41:30

"Hər bir əlil üçün fərdi reabilitasiya proqramı təyin olunacaq".

"Hər bir əlil üçün fərdi reabilitasiya proqramı təyin olunacaq".

İslamazeri.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTv-nin "Günün nəbzi" verilişində deyib.

O, bildirib ki, əlillər əlilliklə bağlı təyinat aldıqdan sonra onların cəmiyyətə geri qaytarılması üçün reabilitasiya proqramı təyin ediləcək: "Fərdi reabilitasiya iki hissədən ibarət olacaq: həm tibbi, həm də sosial reabilitasiya. Tibbi reabilitasiya dedikdə bu adamın xəstəliyindən irəli gələrək bərpa və reabilitasiya mərkəzlərində müvafiq kurs keçməsi və müalicə alması nəzərdə tutulur. Proses bu gün də aparılır, amma onu daha sistemli və şəffaf təqdim edəcəyik. Bütün siyahılar nazirliyin elektron səhifələrində dərc olunacaq. Hər bir əlilliyi olan şəxs prosesi veb səhifədən izləyə biləcək".

Nazir qeyd edib ki, əlillərə psixoloji-sosial yardımlar da göstəriləcək: "Eyni zamanda onlara peşə kursları, təlimləri keçiriləcək. Yəni hər bir əlilin fərdi proqramı olacaq. Bu proqram çərçivəsində onun cəmiyyətə geri qaytarılması nəzərdə tutulur".


Nazir: "Əlillər üçün fərdi reabilitasiya proqramı təyin ediləcək"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yeyinti məhsulları ilə bağlı qərarda dəyişikliklər edilib
    Qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.
     20.11.2018
    Azərbaycan Belarusdan hərbi texnikanın növbəti partiyasını almağa hazırlaşır
    Azərbaycan Belarusdan hərbi texnikanın növbəti partiyasının alınmasına dair memorandum imzalayıb.
     20.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ