EURO 1,9783 NEFT 48,06
USD 1,7012 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:04.07.2017 11:16:55

“Hər iki ölkənin prezidenti münasibətlərin yüksək səviyyəyə çatdırılması üçün çox işlər görüblər."

İranda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ölkənin vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipurla görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən İslamazeri.com-a verilən məlumata görə, nazir bildirib ki, iki qonşu və dost ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir: “Hər iki ölkənin prezidenti münasibətlərin yüksək səviyyəyə çatdırılması üçün çox işlər görüblər. Bu istiqamətdə Azərbaycan prezidentinin tapşırığı ilə “ASAN viza” sistemi tətbiq edilməyə başlanıb ki, bu da iranlı turistlərin Azərbaycana səfərlərini asanlaşdırıb. Artıq İranın istənilən şəhərindən Azərbaycana səfər etmək istəyən şəxsin Tehrana gəlib konsulluğa müraciət etməsinə ehtiyacı qalmayıb. Hər bir kəs internet vasitəsi ilə viza almaq imkanına malikdir. Yaxın gələcəkdə Azərbaycanda “ASAN viza” sistemi təkmilləşdirilərək, viza istəyən şəxsə 3 saat ərzində elektron viza veriləcək. Bu sistem yalnız hava limanında deyil, digər gömrük-keçid məntəqələrində də tətbiq ediləcək”.

Nazir əlavə edib ki, bu il Novruz bayramında 65 min iranlı Azərbaycana turist səfəri edib.

Nazir İranın müxtəlif şəhərlərindən Bakıya, Gəncəyə, Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlı olduqlarını da nəzərə çatdırıb. Qeyd edib ki, mütəmadi reyslərin açılması həm İranda, həm də Azərbaycanda turizmin inkişafına böyük təkan verəcək.


Nazir İrandan Azərbaycana təyyarə reyslərinin açılmasında maraqlıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu sözləri Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi deyib
     23.07.2017
    Suriya - Livan sərhəddində anti-terror əməliyyatları davam edir - VİDEO
    Suriya-Livan sərhəddində yerləşən Qələmun və Ərsal şəhərlərinin terrorçulardan təmizlənmə əməliyyatı davam edir
     23.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ