EURO 1,93 TRY 0,2943
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.10.2018 09:08:30

Bu sözləri vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında bildirib.

"Qarşımıza qoyduğunuz tələblərə əsasən, vergi administrasiyasının açıq və şəffaf fəaliyyəti istiqamətində proses davam etdirilir. Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı inam atmosferinin yaradılması, vergilərin könüllü ödənilməsinə keçidin təmin edilməsi üçün bütün qüvvələr səfərbər olunub".

İslamazeri.com xəbər verir ki, bu sözləri vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında bildirib.

M. Cabbarov qeyd edib ki, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasına çalışır.

"Blokçeyn texnologiyası əsasında qurulmuş həllər daxil olmaqla, qərəzsiz və dəqiq təhlil-qeydiyyat sistemlərinin tətbiqi istiqamətində işlərə başlanıb”, - deyə, o, bildirib.

Onun sözlərinə görə, aparılan islahatların daha bir mühüm qolu vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlıdır:

"Vergi Məcəlləsinə hazırlanmış dəyişikliklər paketi özündə bir neçə mühüm istiqaməti əhatə edir. Bunlar vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsi, vergitutma rejiminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi, inzibatçılığın və nəzarətin gücləndirilməsi, güzəştlərin iqtisadi səmərəsinin yüksəldilməsindən ibarətdir. Cənab Prezident, bu dəyişikliklər sırasında digər orqanlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi məsələləri ilə bağlı Sizin dəstəyinizə ehtiyacımız var. Bu məlumatlara çıxış vergi ödəyicilərinə keyfiyyətli xidmətin göstərilməsi ilə yanaşı, fəaliyyətimizi daha da məhsuldar edəcək”, - deyə, M. Cabbarov bildirib.


Nazir İlham Əliyevdən kömək istədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mirror: İbiza adasında azərbaycanlı turistin milyonluq saatı oğurlanıb
    İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turist öz dostu ilə dəniz sahilində gedərkən qarət edilib
     27.06.2019
    Nazirlik: 200 azərbaycanlı tələbə Macarıstanda təhsil alacaq
    Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.
     27.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ