EURO 1,9479 NEFT 79,59
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:01.10.2018 23:02:43

Azərbaycanda yüksək vəzifələr tutan məmurların övladları ilə bağlı məlumatlara tez-tez rast gəlsək də, onların kürəkənləri ilə bağlı informasiyalara nadir hallarda təsadüf edirik.

Azərbaycanda yüksək vəzifələr tutan məmurların övladları ilə bağlı məlumatlara tez-tez rast gəlsək də, onların kürəkənləri ilə bağlı informasiyalara nadir hallarda təsadüf edirik.

"Azxeber.com" yüksək vəzifə daşıyan məmurların kürəkənləri ilə bağlı kiçik araşdırma aparıb.

Mərkəzi Bankın sədri Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ölkəmizdə və xaricdə bir sıra şirkətlərə sahib olan C.Əhmədzadə "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin oğludur.

Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanovun kürəkəni Vergilər naziri Mikayıl Cabbarovdur. Bir müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri işləyən K.İmanovun nazir kürəkəni son təyinata qədər Təhsil naziri postunu tutub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin kürəkəni Emin Eyvazov Prezident Adminstrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiridir. O, bu vəzifəyə üç il öncə təyin olunub.

Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin kürəkəni əcnəbidir. Danimarka vətəndaşı olan Ulrik Birk-Petersen ailəsi ilə birgə Kopenhagen şəhərində yaşayır. M.Abbaszadənin qızı Nərgiz Petersen isə Avropada lobbiçilik fəaliyyətlə məşğuldur.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin kürəkəni Ağahüseyn Salahzadə Milli Məclisin sabiq deputatı Hacı Qalibin oğludur. Bir müddət qabaq onun qardaşı Əlihüseyn Salahzadə qaz pulu yığanı döyməkdə təqsirli bilinərək həbs edilib.

Gəncə şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramovun kürəkəni "Baku Grand Prix" şirkətinin rəhbəri Arif Rəhimovdur. Gənclər və İdman naziri Azad Rəhimovun oğlu olan A.Rəhimov paytaxtda keçirilən "Formula-1″in "Qran Pri" yarışının təşkilatçısıdır.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun kürəkəni hazırda tələbədir. Paytaxtdakı ali məktəblərdən birində təhsil alan Pərviz Axundov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Kamal Axundovun oğludur.

Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri, YAP icra katibinin müavini Səyavuş Novruzov Azərbaycan Çindəki keçmiş səfiri, Milli Məclisin sabiq sədr müavini Yaşar Əliyevin kürəkənidir.

Azərbaycan Qol Federassiyasının və "Garant” Holdinqin prezidenti Anar Məmmədov sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qızı ilə ailəlidir. Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu olan Anar Məmmədovun hazırda Avropada olduğu və burada bizneslə məşğul olduğu deyilir.


Nazir, deputat, biznesmen: Məmur kürəkənləri nə işlə məşğuldur?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bin Salmanı silmək üçün düyməyə basılıb
    Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın hakimiyyətdən uzaqlaşdırılması üçün düyməyə basılıb.
     20.10.2018
    Qarabağ qazimiz müalicə üçün Türkiyəyə göndərilir
    Polkovnik Həsənov: “Qoşqar Hacıyev yaralandığı gündən məhz Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəyə üstünlük verib”
     20.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ