EURO 2,0842 NEFT 69,82
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:01.12.2017 12:20:34

"Azərbaycan əhalisi sağlamdır. Bunun nəticəsidir ki, Azərbaycanda əlil insanların sayı ümumi əhalinin 6%-ə qədərini təşkil edir ki, bu da dünya səviyyəsində çox aşağı nəticədir"

"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, bu rəqəmin 6% təşkil etməsinin də bir sıra səbəbləri var: "İlk növbədə Qarabağ müharibəsi əhali arasında əlil şəxslərin sayına ciddi təsir etdi. Etiraf edək ki, həmin o əlilliyi olan şəxslərin ailələrində dünyaya gələn körpələr arasında da əlil, sağlamlıq imkanları məhdud uşaqların sayı çoxdur. O zaman bu rəqəm daha da aşağı düşə bilərdi. Təəssüflər olsun ki, düşmədi. Müəyyən məsələlər var ki, biz bunları bilirik... Bunlar uşaqlar arasında məhdudluğun sayının artırılmasına gətirib çıxarır ki, bunlardan da biri qızların daha erkən yaşlarda qanundankənar izdivaca girmələri, daha erkən yaşda uşaq dünyaya gətirmələri, qohumluq əlaqələrinə əsaslanan ailələrin qurulmasıdır. Düzdür, bunların sayı getdikcə azalır, amma hər halda bu hallar cəmiyyətdə müşahidə olunmaqdadır. Biz bu problemlərin həllinə çalışacağıq".


Nazir: "Azərbaycanda əlillər əhalinin 6%-ni təşkil edir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Afrində 260 terrorçunun məhv edildiyini açıqladı
    Hulusi Akar PKK-nın 260 üzvünün məhv edildiyini bildirib.
     24.01.2018
    Odessa limanına 84,8 min ton Azərbaycan nefti çatdırılıb
    Ukraynanın Kremençuq Neft Emalı Zavodu üçün Odessa limanına (Qara dəniz, Ukrayna) 84,841 min ton Azərbaycan nefti çatdırılıb.
     23.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ