1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:29.12.2016 10:37:08

Bu gündən Naxçıvan-Məşhəd-Naxçıvan sürət qatarı hərəkətə başlayacaq.

Bu sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar günləri) sərnişin daşıyacaq.
Bildirilir ki, üç vaqondan ibarət 108 yerlik qatar Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edəcək. AzadlıqRadiosu-nun məlumatına görə, marşrut üzrə bir tərəfə biletin qiyməti 40 İsveçrə frankıdır.
Məlumat üçün qeyd edək ki, Naxçıvan və Culfa dəmir yolu stansiyalarında bilet satışına dekabrın 24-də başlanıb. Satış nağd qaydada aparılır. Elektron bilet satışının təşkili tamamlanmayıb.
Onu da qeyd edək ki, bir İsveçrə frankı hazırda 1.71 AZN-dir. Bu isə o deməkdir ki, qatarda bir tərəfə biletin qiyməti 68.4 AZN-dir.
Məsələ ilə bağlı danışan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, qiymət hər iki tərəfin razılığı əsasında təyin olunub: “Azərbaycandan bilet alan yerli valyutamızla pulu ödəyib, biletini alacaq. Qiymətin İsveçrə frankı ilə göstərilməsinin səbəbi odur ki, beynəlxalq hesablaşmalar bu valyuta ilə aparılır. Dolların məzənnəsi dəyişkən olduğu üçün biz beynəlxalq istiqamətdə yük və sərnişin daşımaları üzrə ödənişi İsveçrə frankı ilə edirik. Qatar 29-da hərəkətə başlayacaq. Qiymətin baha olduğunu söyləmək olmaz. Burada xəttin uzunluğu və digər bu kimi məsələlər nəzərə alınıb. Qiymət hər iki tərəfin razılığı ilə təyin olunur. Danışıqlar aparılır, görüşlər keçirilir və bu əsnada qiymətlər də müzakirə olunur. Nəticədə ortaq razılığa gəlinir. Bəhs etdiyimiz xətt üzrə də eyni proseslər həyata keçirilir”.(Yeni Müsavat)


Naxçıvan-Məşhəd sürət qatarının qiyməti açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ